Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
11.02.2012 / 0 şərh / 2175 -dəfə baxılıb

Mehmet Ak: Elnur Əşrəfoğlunun olanlardan xəbəri yoxdu, üstümə şər atır

"Neftçi"nin məşqçisi Mehmet Akın klubu FIFA-ya şikayət etdiyi haqda xəbər çıxmışdı. Mövzuyla bağlı açıqlama verən klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu gənc türkiyəli mütəxəssisi ittiham edərək şikayət etməzdən əvvəl kluba bu haqda xəbər verməli, əvvəlcə problemi klub rəhbərliyinə bildirməli olduğunu qeyd etmişdi.

Bildirək ki, Mehmet Böyükağa Haciyevin baş məqçi təyin olunmasından bir müddət sonra köməkçi məşqçi vəzifəsindən uzaqlaşdırılmışdı. O, "Neftçi"nin aşağı yaş komandaları üzrə kurator və məşqçi vəzifəsinə təyin olunmuşdu. Lakin klubun onunla münasibətləri rəsmiləşdirmədiyi məlum idi.

Bəs görəsən FIFA-ya niyə şikayət edib? Mehmet Ak əvvəlcə xəbəri təkzib edib bildirdi ki, bu haqda heç yerə açıqlama verməyib. Bunu onun adından uydurublar. FIFA-ya şikayət etmədiyini deyən Ak həm də Elnur Əşrəfoğlunun açıqlamasına münasibət bildirdi:

"Elnur bəyə hörmətim var, Azərbaycanın sayılan media nümayəndələrindən biridi. Ancaq verdiyi açıqlama sadəcə, gülməli idi. Təşəkkür edirəm, mənim reklamımla məşğul olub. Hər halda, reklama ehtiyacım yoxdu, amma o bu işi görüb. Özünə danışmağa mövzu tapıb deyəsən. Ona sadəcə iki mövzuda cavab verəcəm, başqa mövzularda cavab haqqımı istifadə etməyəcəm.

Mənim "Neftçi"yə gəlmək üçün klub rəhbəri Sadıq Sadıqova yalvardığımı deyib. Halbuki Sadıqovla danışanda o yemək-içməklə məşğul idi, bizim yanımızda deyildi. Elnurdan başqa "Neftçi"yə aid 5 nəfər də var idi orda. Ancaq Elnur yox idi. Demək, o açıqca böhtan atır.

Bundan başqa, 1 aydı yoxa çıxdığımı deyir. Hadisələri əməlli-başlı qarışdırıb. Mən 1 aydı Türkiyədəyəm. Telefonda həm Sadıq müəllimlə, həm klub rəsmiləri Tahir Süleymanov və Güloğlan bəylə (Cabbarov red.) danışmışam.

Olanlardan xəbəri yoxdu, amma rahatca üstümə şər atır. Əgər mənim olmamağım klub adına onu çox narahat etmişdisə, klub rəsmisi kimi bir dəfə olsun, zəng edib maraqlana bilərdi. Etməyib, ancaq deyir Mehmet Ak qaçıb.

Mən Sadıq müəllimə həmişə hörmətlə yanaşmışam. Bəli, məni kluba o gətirib, bunu hər kəs bilir. Ancaq işlər dəyişdikcə, başqa-başqa söhbətlərin ortaya çıxmasını düzgün saymıram. Bunlar doğru hərəkət deyil.

Onsuz klub rəhbəri belə ucuz şeylərlə məşğul olan deyil. Doğrudan da çox yaxşı insandı. Başı çox qarışıqdı, bilirəm, anası rəhmətə gedib, Allah rəhmət eləsin. Ona zəng edib, başsağlığı vermişəm.

Sadıq müəllim mənə bir söz verib, ona əməl edəcəyini gözləyirəm. Qalan kim nə danışır, danışsın. Ancaq yaxşı olar mənimlə bağlı sualı olan özümə zəng edib soruşsun, mətbuatda çıxış edib, adımdan istifadə edərək gündəmə gəlməsin".

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.