Klub xəbərləri
- 11.02.2012 / 0 şərh / 1847 -dəfə baxılıb
- Premyer Liqanın XX turunun üç oyunu canlı yayımlanacaq. Bütün qarşılaşmalar "İdman Azərbaycan"ın efirindən olacaq. İlk görüş günündə - fevralın 15-də iki matç azarkeşlərə təqdim ediləcək.
Əvvəlcə saat 14.00-da başlayacaq "Bakı" - "Qarabağ" matçı yayımlanacaq. Bundan 2 saat sonra "Xəzər Lənkəran" - AZAL oyunu efirə veriləcək.
İkinci oyun günündə isə azarkeşlər saat 14.00-da start götürəcək "Rəvan" - "Turan" matçını izləyə biləcək.