Klub xəbərləri
- 11.02.2012 / 0 şərh / 1831 -dəfə baxılıb
- "Qarabağ"la oyun bu il keçirəcəyimiz ilk rəsmi görüş olacaq. Bu matçda yalnız qələbə barədə düşünürük". Bu sözləri "Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.
Məmmədov vacib oyunöncəsi komandasının hazırlıqları davam etdirdiyini və bu oyuna yalnız 3 xal üçün çıxacaqlarını bildirib: "Çox istəyirik ki, ilk oyunda qələbə qazanıb, yeni ilə uğurlu başlayaq. Altılığa düşmək və çempionluq uğrunda mübarizə aparmaq üçün 4 çətin oyunumuz var. Bunlardan biri də "Qarabağ"la keçirəcəyimiz oyundu.
Özümüzü sübut etmək və liderlərdən geri qalmamaq üçün oyunların hər birində 3 xal qazanmaq lazımdı. "Bakı"ya gəldikdə, gözəl kollektiv qurulub, güclü heyətimiz var. İnanıram ki, qarşıdakı oyunlardan maksimum xal toplayıb, liderlə xal fərqini azaldacağıq".