Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 2111 -dəfə baxılıb
- Unibank Premyer Liqasında XX turun oyunlarının hakimləri də müəyyənləşib. 6 qarşılaşmadan 2-si gənc referilərə həvalə olunub.
Onlardan Əliyar Ağayev ilk altılıq uğrunda yarışan "Bakı" və "Qarabağ" arasındakı görüşə təyinat alıb. Rəhim Həsənov isə Şimal Qərb derbisi sayılan "Simurq" - "Qəbələ" matçını idarə edəcək.
FİFA referisi Fariz Yusifov isə "Xəzər Lənkəran"ın ardıcıl 2-ci ev oyununa baş hakim təyin olunub. O, mövsümün ilk yarısının son oyununda "Bakı" ilə matçda olduğu kimi, fasilədən sonrakı ilk turda AZAL-la görüşdə də iş başında olacaq. Yusifov bu mövsüm "Xəzər Lənkəran"ın 6-cı oyununda fit çalacaq.
Premyer Liqa X tur
15 fevral (çərşənbə)
14:00. "Sumqayıt" - "Neftçi" (Bakı)
Hakimlər: Salmanov Anar, Məmmədov Rza, Abbasov Yaşar, Həsənov Fuad
"Şəfa" stadionu.
14:00. "Bakı" - "Qarabağ" (Ağdam)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
"Bakı" klubunun təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança.
16:00. "Xəzər Lənkəran" - AZAL (Bakı)
Hakimlər: Yusifov Fariz, Musayev Elman, Musayev Vaqif, Fərhadov Teymur
Lənkəran şəhər mərkəzi stadionu.
16 fevral (cümə axşamı)
13:00. "Simurq" (Zaqatala) - "Qəbələ"
Hakimlər: Həsənov Rəhim, Əsədov Ramiz, Əsgərov Azər, Məmmədov Rasim
Zaqatala şəhər stadionu.
14:00. "Rəvan" (Bakı) - "Turan" (Tovuz)
Hakimlər: Əhmədov Rövşən, Əliyev İlham, Əliyev İsgəndər, Əhmədov Tahir
"Dalğa Arena" stadionu.
14:00. "Kəpəz" (Gəncə) - "İnter" (Bakı)
Hakimlər: Məmmədov Elçin, Ramazanov Rahil, Hüseynov Namiq, Məmmədov İnqilab
Gəncə şəhər stadionu.