Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 2331 -dəfə baxılıb
- "Neftçi" qış fasiləsində ilk transferini reallaşdıra bilər. Böyükağa Hacıyev Azərbaycan yığmasının sabiq futbolçusu Samir Əliyevi komandanın məşqlərinə cəlb edib.
32 yaşlı hücumçu cari mövsümə “Turan” komandasında başlayıb. Maliyyə problemi ilə üzləşən Qərb təmsilçisini tərk edən Samir son 3-4 ayı komandasız qaldıqdan sonra məşhurlaşdığı “Neftçi”yə qayıdıb. Onun “ağ-qaralar”da qalıb-qalmayacağı yaxın günlərdə dəqiqləşəcək.