Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
14.02.2012 / 0 şərh / 2078 -dəfə baxılıb

Qurban Qurbanov: Transfer məsələsində “kaprizni”yəm

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Hazırlıq normal alındı. Hər şey planlaşdırdığımız plan üzrə keçdi. Gündə iki dəfə məşq edib, yoxlama oyunlarında qüvvəmizi sınadıq, razı qaldım. Əvvəlcədən beş yoldaşlıq görüşü keçirməyi qərarı almışdıq. Amma sonradan daha bir oyun əlavə edildi. Məqsədimiz bütün futbolçulara oynamaq şansı yaratmaq idi.

- Yoxlama oyunlarının statistikasına baxarkən, komandanızın əvvəlcə uğursuz, sonradan isə daha yaxşı təsir bağışladığınızı görmək mümkündü. Bu, nəyin göstəricisidi?
- Toplanışın əvvəlində həmişə yüklənmələr çox olur. Bunun nəticəsidi ki, ilk qarşılaşmalarda futbolçulara cəmi 45 dəqiqə oynamaq imkanı yaradırdıq. Tədricən çatışmayan cəhətləri aradan qaldırdıq. Oyun üslubu baxımından komanda daha az səhvlə oynamağa başladı. Həm də çempionatın startına az qaldığını nəzərə alıb, get-gedə irəliləyişə nail olmağa çalışırdıq.

- "Qarabağ"ın çempionata tam hazır duruma gəldiyini demək olar?
- Yox, komanda hələ tam hazır ola bilməz. Çünki çempionatın ilk oyunları hazırlığın davamı olacaq. Məncə, keçiriləcək 4-5 matçdan sonra tam hazır səviyyəyə gəlmək mümkündü. Hazırda hava şəratini nəzərə alsaq, burda istənilən oyunu və məşqi keçirməyə imkan olmayacaq. Bir az diqqətli olmalıyıq. Bununla belə, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirəm.

- Mövsümün birinci hissəsində zədəlilərin çoxluğundan əziyyət çəkdiz.
- İndi hər şey qaydasındadı. Zədəli futbolçumuz yoxdu. Yalnız Qara Qarayev Antalyadakı hazırlıq zamanı sıradan çıxıb. Onun da tezliklə sıraya dönəcəyi gözlənilir. Futbolçuların təlim-məşq toplanışında həvəslə hazırlaşması məni sevindirir. Çünki zədə həmişə oyunçunu ruhdan salır. Təlim-məşq toplanışının ən müsbət cəhəti onların yüksək əhval-ruhiyyədə olması və zədələnməməsidi.

- Qış fasiləsində transfer bazarında fəal olacağınız gözlənilirdi. Özünüz də 2-3 yeni oyunçuya ehtiyac duyduğunuzu demişdiz, hətta «tapa bilsək, bütün xətlərdə yenilik etməliyik» açıqlaması vermişdiz. Gözlənilən transferlərin reallaşmamasına səbəb axtardıqlarınızı tapa bilməməyinizdi?
- Həmişə demişəm ki, transfer məsələsində «kaprizni»yəm. Oyunçu alarkən çox götür-qoy edirəm. Olub ki, gələn futbolçu istədiyimiz oyunu nümayiş etdirməyib. Yenidən eyni halla üzləşmək istəmirik. Çox futbolçunu yoxladıq. Hardasa 7-8 legioner yoxlanışdan keçdi. Hazırda transfer məsələsinə bir az ara vermişik. Heyətdəki futbolçulara güvənirəm və inarıram ki, onlarla mövsümün sonunda uğurlu nəticə qazana bilərik.

- Yoxlanışa gəlib-gedənlər az olmadı. Bir neçə səviyyəli legioner dəvət etməklə transfer problemini aradan qaldırmaq mümkün olmazdı?
- Maliyyə tərəfdən problemimiz yoxdu. Normal futbolçu tapa bilsək, rəhbərlik onun transferinə «yox» deməyəcək. Sizin dediyiniz səviyyəli legioneri tapmaq çox çətindi. Qış fasiləsi dövründə isə buna nail olmaq daha müşküldü. Hazırda əksər futbolçuların klublarla müqavilələri olduğundan, arzuolunan transferi həyata keçirmək asan deyil. Biz axtardığımız futbolçunu bir oyun və ya bir baxışla transfer etmirik. Daim onu izləməliyik.

- Bildiyimizə görə Nenad Kovaçeviç «Qarabağ»ın maraq dairəsində olub. Amma serbiyalı müdafiəçi «Bakı»ya keçdi. Bu transferi niyə reallaşdıra bilmədiz?
- Bizim bu futbolçuya güclü marağımız olmayıb.

- Rəşad Sadiqovun «Neftçi»yə qayıdacağı deyilirdi. Keçmiş klubunun yarımmüdafiəçinizi ələ almaq istədiyi bizə də məlumdu. Özüylə bu haqda danışdız?
- Söhbətimiz olmadı. O, «Qarabağ»ın futbolçusudu, heç yana getmir.

- Leonardo Roşa də komandadan getdi. Onun…
- (sözü kəsir) Bu gün bazar günüdü, biz istirahət edirik.

- Bizsə qəzet çıxarırıq ki, sabah siz ikiqat istirahət edəsiz.
- … (gülür)

- Roşanının gedişi ilə orta xətdə ciddi problem yaranacağını düşünmürsüz? Elə futbolçularınızdan Rəşad Sadiqov da braziliyalının meydanda olduğu vaxt rəqibin fikrini yayındırdığını və belədə özlərinə də oynamağın asanlaşdığını bildirib.
- Roşa yaxşı futbolçudu. Bundan heç kim bir söz demir. O, bizim komandada cəmi üç ay oynayıb. Buna kimi isə biz Roşasız oynamışıq. İnşallah, bu problemi də aradan qaldıracağıq.

- Mövsümü uğurlu başa çatdıracağınızı dediz. «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev isə müsahibəsində əsas rəqiblərinin «Xəzər Lənkəran» və «İnter» olduğunu bildirib. «Qarabağ»ı çempionluq yarışından silməklə, o, nə nə demək istəyir?
- Bizdən irəlidə olan komandalarla 7-8 xallıq fərqimiz var. Düzdü, bu, az deyil, amma çempionat davam edir. Qarşıda «altılıq» mərhələsi var. Bəzən düşünmədiyin nəticələr qeydə alınır. Biz sonadək mübarizə aparacağıq.

- Bu transfer dövründə Əfran İsmayılovla Rauf Əliyevin, eləcə də başqa futbolçularınızın klubdan ayrılacağı tez-tez gündəmə gəldi. Heç biri olmadı, xaricdən təkliflər gəlməsi haqda məlumatlar sonda həqiqətə çevrilmədi. Sizə elə gəlmir ki, bu, sırf sizə qarşı «qara piar» idi?
- Mən belə düşünmürəm. «Qara piar» kampaniyasını tanımıram. Futbol varsa, belə söhbətlər olacaq. Hamısını boş verib, işimizə diqqət yetirməliyik. Mən diqqətimi çempionata yönəltmişəm.

- Bacınız oğlu Tural İsgəndərov müsahibəsində sizdən şikayət edib. Az oynadığına görə. Tural sizinlə məsləhətləşdikdən sonra icarə əsasında başqa kluba keçəcə biləcəyini demişdi. Nə məsləhət verdiz ona?
- O, hələ mənimlə məsləhətləşməyib.

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.