Klub xəbərləri
- 14.02.2012 / 0 şərh / 1988 -dəfə baxılıb
- "Çempionatın ikinci dövrəsinə yaxşı hazırlaşmışıq. Komandaya yeni və yaxşı oyunçular gəldiyi üçün "Bakı" bir qədər də güclənib". Bu sözləri "Bakı"nın yarımmüdafiəçisi Aleksandr Şoliç klubun "fcBTv" televiziyasına müsahibəsində deyib.
Sabah qarşılaşcaqları "Qarabağ"la görüşə də toxunan xorvatiyalı futbolçu bu oyunda yalnız qələbə qazanmalı olduqlarını bildirib: "Yeni transferlər bir neçə həftə öncə komandaya qoşulublar və az müddətdə özlərini yaxşı tərəfdən göstəriblər. Ona görə də onların komandaya uyğunlaşmasında hər hansı problemin olacağına inanmıram.
Məncə, ikinci dövrədə biz daha yaxşı oyun nümayiş etdirəcəyik və öz gücümüzü göstərəcəyik. "Qarabağ"la oyuna gəldikdə isə bu görüşdə yalnız qələbə haqda düşünürük. İlk "altılıq"da yer almaq üçün bu oyunda qalib gəlməliyik. Əsas məqsədimiz də ilk "altılığ"a vəsiqə qazanmaqdır".