Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
14.02.2012 / 0 şərh / 1991 -dəfə baxılıb

Dubay avantürası (Yazı)

Məlum olduğu kimi, Berti Foqts fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində millimizin təlim-məşq toplanışında premyer-liqada çıxış edən bütün klubların baş məşqçilərini görmək istəyir. Alman çalışdırıcı AFFA-nın vəsaiti hesabına Dubaya aparılacaq həmkarlarının millinin toplanışını, həmçinin hazırlıq prosesi çərçivəsində 2 yoldaşlıq oyununu izləmələrini, həmçinin təcrübə mübadiləsi aparmalarını arzulayır.

Ötən sayımızda bildirmişdik ki, Foqtsun bu tələbini klub məşqçilərini "sındırmaq" kimi qəbul etmək olar. Klub məşqçilərinin işindən narazı qaldığını dəfələrlə ifadə edən almaniyalı onları Dubaya aparıb, "dərs keçmək" sevdasına düşüb. Amma bu, sadəcə, bir dəvətdi. Dubaya gedib-getməməyə klub məşqçiləri özləri qərar verməlidi. Onlar ya Foqtsun çağırışına müsbət cavab verməklə "sınmalı", ya da özlərinə, məsləklərinə hörmət qoyub, yığmanın toplanışına getməməlidilər.

Foqtsun dəvətinə klub məşqçilərinin necə reaksiya verəcəyi başda media mənsubları olmaqla bütün futbol ictimaiyyəti üçün maraqlı idi. Gözünüz aydın, deyəsən, Berti müəllimin məşqçilik bacarıqlarına şübhə etdiyi həmkarlarını "sındırmaq" arzusu ürəyində qalacaq. Çünki premyer-liqada mübarizə aparan kollektivlərə rəhbərlik edən çalışdırıcıların əksəriyyəti Dubaya getmək niyyətində deyil.

Milliyə ən çox futbolçu verən "Qarabağ"a başçılıq edən Qurban Qurbanov dəvətdən imtinasını belə əsaslandırıb: "Sağ olsunlar ki, klub məşqçilərini millinin Dubay toplanışına dəvət ediblər. Ancaq təəssüf ki, mən yığmayla birgə Dubaya gedə bilməyəcəyəm. Çünki millinin toplanışı zamanı "Qarabağ" öz məşqlərini davam etdirməlidi. Mən isə komandamı yalnız qoya bilmərəm. Ona görə də bu dəvəti qəbul edə bilməyəcəm".

"Simurq"un çalışdırıcısı Sergey Yuran da təxminən eyni fikirləri söyləyib. Rusiyalı çalışdırıcı bildirib ki, onun Dubaya getməsi özü tərəfindən komandasına hörmətsizlik olar: "Əslində Dubaya gedib, həm də dincəlmək istərdim. Amma indiki şəraitdə bu, mümkün deyil. Bizi qarşıda çətin oyunlar gözləyir, ağır qrafikimiz var. Belə bir vəziyyətdə Dubaya getmək komandama hörmətsizlik olardı".

"Bakı" və "Turan"ın baş məşqçiləri də böyük ehtimalla Dubaya getməyəcək. Məlum olduğu kimi, "zolaqlılar"ın çalışdırıcısı Aleksandr Starkov paralel olaraq, Latviya millisinə də rəhbərlik edir. Belə olan halda, fasilə dövründə onun ölkəsinin milli komandasını bir araya gətirəcəyi gözlənilir. Daha doğrusu, belə də olacaq. "Turan"ın baş məşqçisi Əsgər Abdullayevə gəlincə, məlum səbəblərdən Tovuz təmsilçisi hazırlıqlara çox gec başladı. Ona görə də Abdullayev fasilə dövründə fürsətdən istifadə edib, öz komandasının problemlərini aradan qaldırmaq niyyətindədi: "Mən həmişə milli komandaya xidmət edən insan olmuşam. Dərk edirəm ki, inkişaf üçün milli və klub məşqçiləri birləşməlidi. Əslində bu, düzgün bir addımdı. Amma Dubayda mənsiz də keçinmək mümkündü. "Turan"ın vəziyyəti hər kəsə bəllidi. Odu ki, mən Dubay toplanışından imtina edib, Azərbaycanda qalıb komanda ilə məşğul olacağam".

Cüneyt Biçər dəvəti qəbul edib-etməməklə bağlı hələ qəti qərar verməsə də, bir çox baş məşqçinin Qurban Qurbanov kimi hərəkət edəcəyini düşünür. "Xəzər-Lənkəran"ın çalışdırıcısı zəruri olacağı halda Dubaya yollanacağını söyləyib: "Milli komandanın Dubay toplanışına dəvətlə bağlı mənə məktub gəlib. Hələ ora getməklə bağlı qəti qərar verməmişəm. Əgər getməyimizə ehtiyac olsa, təbii ki, gedəcəyik. Amma ilk öncə rəhbərliklə müzakirə aparmalıyam. Bundan sonra hər hansı qərar verməyim mümkündü. Düşünürəm ki, bir çox baş məşqçi Qurban Qurbanov kimi hərəkət edəcək. Mən özüm isə bununla bağlı tam qərarımı verməmişəm".

"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak da hələ son qərarını verməyib. Türkiyəli çalışdırıcı sözügedən toplanışla bağlı klubun baş meneceri Zaur Əzizovun AFFA-ya müraciət etdiyini dilə gətirib: "İndi onlardan cavab gözləyirik. Biz ora nə üçün aparıldığımızı bilsək, daha yaxşı olar. Bəlkə ora getmək önəmlidi. Belə olsa, təbii ki, gedəcəyik. Amma nəzərə almaq lazımdı ki, bizi qarşıda çətin oyunlar gözləyir. Buna görə də millinin toplanışına getmək komandamız üçün uyğun deyil. Hərçənd, AFFA tərəfdən bizə veriləcək cavabdan çox şey asılıdı".

Qış fasiləsində "Rəvan"ın baş məşqçisi postunda Vladislav Qədirovu əvəzləyən Bəhmən Həsənov da qeyri-müəyyənlik içindədi: "Düzü, belə bir məlumatla tanış olmuşam. Amma gedib-getməyəcəyimə qərar verməmişəm. Bu, "Rəvan"ın ovaxta qədər əldə edəcəyi nəticələrdən asılıdı".

Əslində, Cüneyt Biçər, Fatih Kavlak və məsələyə hələ münasibət bildirməyən digər klub çalışdırıcıları gözləmə mövqeyi seçiblər. Hamı gözləyir ki, görək AFFA Qurban Qurbanov, Sergey Yuran və Əsgər Abdullayevin təklifi geri çevirmələrinə necə reaksiya verəcək. Yəni, onlar yalnız "qılınc gücünə" millinin toplanışına yollanacaqlarını nümayiş etdirirlər.

Təbii ki, Dubaya getmək heç kimin ürəyincə deyil. Birincisi, bu, Foqtsun onları "sındırması" deməkdi. İkincisi isə, klub məşqçilərinin fasilə dövründə vaxtlarını öz komandalarına ayırmaları daha məqsədəuyğundu. Təəssüf ki, premyer-liqa klublarına rəhbərlik edən bir çox məşqçilər fikirlərini birbaşa ifadə etməkdən qorxduqları üçün məsələ hələ açıq qalıb. Özünə və məsləkinə hörmət edən heç bir klub məşqçisi Foqtsun dəvətini qəbul etməməlidi. Alman çalışdırıcının özündə cəsarət tapıb premyer-liqa təmsilçilərinə rəhbərlik edən həmkarlarını Dubaya səsləməsi belə onlara qarşı təhqirdi. Bu dəvətə müsbət cavab vermək isə...

Yeri gəlmişkən, "Kəpəz"i çalışdıran Fuad İsmayılov və "Sumqayıt"ın "sükanı arxasında" olan Bernard Raab Dubaya getməyə razılıq verib
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.