Klub xəbərləri
- 15.02.2012 / 0 şərh / 2464 -dəfə baxılıb
- "Xəzər Lənkəran" Azərbaycan futbol tarixinin ən böyük transferini həyata keçirməyə hazırlaşır. Bir müddət əvvəl "Beşiktaş"dan ayrılan məşhur futbolçu Quti Ernandes "ağ-yaşıllar"ın formasını geyinə bilər. Bu haqda xəbər "Speys TV"-dəki "Qol" verilişində verilib.
Maraqlıdı ki, bu transferin gerçəkləşmə ehtimalı heç də az deyil. Çünki "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov milyarder olmaqla yanaşı , həm də "Beşiktaş" azarkeşidi. Onun bir müddət bu klubda tp qovmuş futbolçuyla münasibətlərinin formalaşması və lazımi qədər pul qarşılığında bu transferin alınması mümkündü.