Klub xəbərləri
- 16.02.2012 / 0 şərh / 1902 -dəfə baxılıb
Azerifootball.com-un əldə etdiyi məlumata görə, 2010-cu ilin dekabrından “Rəvan”da çıxış edən Con Pelu futbolla vidalaşıb. Pelu iki ay əvvəl “Rəvan”ı tərk edib. Məşqçilər korpusu onu rejimi pozmaqda və intizam məsələlərinə laqeydlikdə ittiham etmişdi. “Muğan” və “Rəvan”dakı çıxışıyla özünü bəyəndirən hücumçunun yanvarda başqa bir Azərbaycan klubuna keçəcəyi gözlənilirdi.
3 klub Pelu ilə maraqlandı. Ancaq Conun qərarı hamı üçün gözlənilməz oldu. Burkino-Faso əsilli İsveç vətəndaşı 29 yaşında karyerasını bitirdi. Azerifootball.com-un əldə etdiyi məlumata görə, buna səbəb Pelunun yaxşı maddi vəziyyətidir. Vaxtilə “Rusenborq”da yaxşı pul qazanan Pelu özünə elə Norveçdə də biznes qurub.