Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
21.02.2012 / 0 şərh / 1829 -dəfə baxılıb

"Tez parlayıb, tez də sönmək bir şey deyil" (Müsahibə)

Azərbaycan futbolunda həmişə qardaşlar olub. İsgəndər Cavadov - Füzuli Cavadov, Samir Ələkbərov - Aydın Ələkbərov, Musa Qurbanov - Qurban Qurbanov, Xaqani Məmmədov – Füzuli Məmmədov qardaşlarının çıxışı yəqin ki, hələ də çoxlarının yadındadır. Tovuz futbolu da qardaşları ilə gündəmə gəlib. Aqil Nəbiyev – Nadir Nəbiyev cütlüyündən sonra Vüsal və Xəyal Qarayevlər yetişiblər. Son cütlüyün biri Xəyal hazırda “Turan”ın şərəfini qorusa da, Vüsal paytaxt klubu “Rəvan”ın heyətindədir. Rafiq Mirzəyevin gəlişindən sonra AZAL-dan uzaqlaşdırılan Vüsal paytaxtın başqa klubu “Rəvan”da sığınacaq tapdı. Amma onun “Rəvan”da möhkəmlənib-möhkəmlənməyəcəyi bir qədər sual doğurur. Çünki Qarayevi “Rəvan”a gətirən Vladislav Qədirov artıq istefaya göndərilib, onun yerini isə Bəhmən Həsənov tutur. Görəsən, Vüsal Qarayev bu vəziyyətdə uğur qazanacağına nə dərəcədə ümid bəsləyir?

- AZAL-dan ayrıldıqdan sonra “Rəvan”a keçdin. Yeni işində vəziyyət necədir?
- Futbolçu bir gün buradadır, sabah başqa klubda. AZAL-dan ayrıldıqdan sonra bir müddət klubsuz qaldım. Ardından “Rəvan”a keçdim. Burada vəziyyət normaldır, hər şey məni qane edir.

- Səni komandaya gətirən Vladislav Qədirov artıq istefaya göndərilib. Bu, sabiq çalışdırıcının kadrlarına, eləcə də sənə necə təsir göstərib?
- Düzdür, məni komandaya Vladislav Qədirov cəlb etmişdi. Keçidim zamanı “Rəvan”a məhz Qədirov rəhbərlik edirdi. Digər məsələdən yanaşanda isə mən futbolçuyam, məqsədim meydançaya çıxıb futbol oynamaqdır. Odur ki, məşqçi dəyişikliyinin, kluba kimin başçılıq etməsinin mənə heç bir təsri yoxdur.

- Qədirov səni heyətə cəlb etmişdisə, deməli, güvəndirdi. Eyni güvəni, sənə ümidlə yanaşdığını Həsənovda hiss etmisənmi?
- Bayaq dediyim kimi, mənim üçün baş məşqçinin kimliyinin heç bir fərqi yoxdur. Əsas məsələ komandanın qələbə qazanmasıdır. O ki qaldı Bəhmən Həsənovun mənə inanıb-inanmadığına, bunu bilmirəm. Öz tərəfimdən deyə bilərəm ki, Bəhmən Həsənovu çoxdan tanıyıram. Düşünmürəm ki, mənim haqqımda pis fikirləşir. Aramızda futbolçu-məşqçi münasibətləri var.

- Dəyişiklikdən sonra komandada nə kimi yeniliklər gözə dəyir?
- Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Dəyişikliyin necə təsir göstərəcəyinə qərar vermək üçün hələ tezdir. Bu barədə daha sonra danışarıq.

- “Rəvan”da ilk matçını yetişdiyin və tanındığın “Turan”a qarşı keçirdin. Oyun barədə hansı fikirdəsən?
- Düzdür, “Turan” hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Buna rəğmən, bütün komandalar dərk edirlər ki, Tovuz təmsilçisinə qarşı oynamaq çətindir. Biz də bunu yaxşı fikirləşmişdik. Eyni zamanda, qış fasiləsindən sonra ilk oyunumuza çıxırdıq. Bunun da bəzi çətinliklər yaradacağını bilirdik.

- Yəqin ki, ilk addımı atdığın bir məkana heç vaxt adi gözlə baxa bilmərsən. “Turan” da sənin üçün futbol aləminin başlanğıc nöqtəsidir. “Turan”a qarşı hisslərini necə izah edə bilərsən?
- Sənin dediyin hisslər ancaq oyun başlanana qədər hakim olur. Həqiqətən də, futbolda ilk addımlarını atdığın vaxtlar yada düşür. Amma meydançaya çıxdıqdan sonra sırf oyuna köklənirsən və komandanın qələbəsi barədə düşünürsən. Bu zaman rəqibin kimliyini düşünməyə belə, vaxtın olmur.

- Vaxtilə Azərbaycanın ən perspektivli oyunçularından biri sayılırdın. Gələcəyinə böyük ümidlər bəslənilirdi. Amma indi proqnozlaşdırılan yerdə deyilsən. İnkişafdan kəsilməyinə səbəb nədir?
- Mən belə fikirləşmirəm. Hələ 25 yaşım var. Məncə, inkişaf üçün zamanım az deyil, sadəcə olaraq, bunu düzgün qiymətləndirməliyəm. Amma tez parlayıb, tez də sönmək bir şey deyil. Sabahın işini bilmək qətiyyən olmur. Allah qoysa, öz üzərimdə daha çox işləyib, sənin, eləcə də digərlərinin dediyi yerə gələrəm.

- Səncə, bu cür davam etməklə, bu yaşdan sonra arzularını həyata keçirə biləcəksənmi?
- İnşallah, alınacaq.

- Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts sənin kimi klublarında az oynayanlara seleksiya xarakterli toplanışlarda şans versə də, adına indiyə kimi rast gəlməmişik. Səbəb nədir?
- Mən baş məşqçinin işinə qarışa bilmərəm. Yəqin ki, belə məsləhətdir. Hər hansı bir şərhim yoxdur.

- Qardaşın, “Turan”da oynayan Xəyal Qarayevlə bağlı hansı fikirdəsən?
- Ona da özüm qədər inanıram. Ümidvaram ki, özünü göstərəcək.

- Gələcəyə nikbin baxan adamsan. Yəqin ki, bunu məşqçilərindən öyrənmisən. Bayaq “Turan” barədə danışdın. Əsas komandada vəziyyət yaxşı deyilsə, uşaq futbolunda nəyə ümid etmək olar? İnfrastruktur olmayan yerdə uşaqları futbola meylləndirən hansı stimuldur?
- Tovuzda futbola gələn uşaq fikirləşmir ki, infrastruktur var, ya yoxdur, onunla kimsə maraqlanır, ya maraqlanmır. Onun ilk məqsədi futbolun sirlərinə yiyələnməkdir. Bilir ki, nə vaxtsa onunla maraqlanan olacaq və yolu elita klublarına açılacaq.

- Amma razılaş ki, oynamaq üçün buts tapa bilməyən, eyni ayaqqabı ilə həm məktəbə gedən, həm də meydançaya çıxan bir uşağın bu yolda daim irəliləməsi bir qədər şübhə doğurur...
- Tovuzda nə də olmasa, buts, top tapmaq heç vaxt problem olmayıb. Çünki orada doğulan uşaqların əsas məşğuliyyəti məhz futboldur. Əgər oynamaq, məşhurlaşmaq və gələcəkdə güclü komandaların heyətində yer almaq istəyirsənsə, mütləq çox məşq etməlisən. Braziliyada futbolçuların yetişməsinə nəzər yetirin. Onların əksəriyyəti kasıb ailələrin, problemlə qarşılaşan nəsillərin nümayəndəsidir. Pele, Robinyo kimi ulduzlar vaxtilə yeməyə çörək tapmayıblar, indi isə dünya ulduzu sayılırlar. Yenə deyirəm, peşəkar futbolçu olmaq istəyən şəxs şəraitə baxmadan məşq etməlidir. Çünki güclü oyunçu olmaq üçün mütləq öz üzərində çalışmalısan. “Mən futbolçu olacağam” deməklə heç nə bitmir.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1126
2AZAL1123
3İnter1120
4Simurq1116
5Bakı1112
6Qəbələ1111
7AZAL119
8Rəvan116
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

10.11.2018
17:00
Sabah
Səbail
0
4
19:00
Neftçi
FC Zire
2
2
11.11.2018
17:00
Qəbələ
Qarabağ
1
3
19:00
Sumqayıt
Keşlə
1
4



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.