Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
01.03.2012 / 0 şərh / 1449 -dəfə baxılıb

"Qarabağ"ın futbolçusu millini kəskin tənqid etdi

“Qarabağ”ın yarımmüdafiəçisi İlqar Qurbanov Azərbaycan milli komandasının bəzi futbolçularının ünvanına ittihamlar səsləndirib. Facebook sosial şəbəkəsindəki statusunda İlqar Qurbanov millinin bəzi üzvlərinin Dubayda kef çəkməklə məşğul olduğunu yazıb. Bir vaxtlar millidə oynayan, sonradan Berti Foqts tərəfindən milliyə dəvət edilməyən Qurbanov yazıb: “İlqar Qurbanov “Mc donalds”da yemək yediyi üçün millidən kənarlaşdırıldı. Dubayda “sbor”da (təlim-məşq toplanışında – red.) kef eləyənlər hələ də millinin formasını geyinirlər. Bununla da Azərbaycan futbolun gələcəyindən danışırlar”.

Qurbanovun milliylə bağlı statusu bununla yekunlaşmayıb. Millimizin bu gün yoxlama oyununda Fələstinə 0:2 hesabıyla uduzduğu matçdan sonra “Qarabağ”ın futbolçusu kinayəli şəkildə belə bir status paylaşıb: “Fələstində futbol var?”

Bu statusundakı şərhlərdə Qurbanov Fələstinin dünya reytinqində 162-ci yerdə olduğunu xatırladıb və belə bir komandaya məğlubiyyəti faciə adlandırıb. “Başa düşmürəm, bu komandayla oynamaq kimə lazımdı”.

Qurbanov qeyd edib ki, millinin bəzi futbolçuları Dubayda təlim-məşq toplanışında olduqları vaxt gecələr gəzsələr də, onların barəsində cəza tədbiri görülmür: “Buyurun, bu da nəticəsi”.

Qurbanov ad çəkməsə də, görünür, millinin bir neçə gün əvvəl Dubayda barda əylənərkən yaxalanan və şəkilləri sosial şəbəkələrdə yayımlanan Branimir Subaşiç, Aleksandr Çertaqanov və Andrey Popoviçi nəzərdə tutub.

Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.