Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
12.03.2012 / 0 şərh / 1660 -dəfə baxılıb

Hafiz Məmmədov: "Bakı"nın oyunu məni qane etmir (Müsahibə)

AFFA İcraiyyə Komitəsinin üzvü, «Bakı» Futbol Klubunun prezidenti Hafiz Məmmədovun müsahibəsi

- İlk növbədə, sizi AFFA-nın İcraiyyə Komitəsinə yenidən üzv seçilməyiniz münasibətilə təbrik edirik...
- Təbrik üçün çox sağ olun. Növbəti dəfə AFFA-nın prezidenti seçilməsi münasibətilə Rövnəq Abdullayevi təbrik edirəm. Onun işgüzarlığına bələdəm və fəaliyyətində uğurlar arzulayıram. Futbol zaman tələb edən sahədi. Bu gün həyata keçirilən işlərin nəticəsini qısa zaman ərzində görə bilmərik. Futbolu inkişaf etdirmək üçün müəyyən qədər zamana ehtiyac var. Aşağı yaş qrupları üzrə yarışlarda mübarizə aparan gənc oyunçular yaxın gələcəkdə milli komandamızın üzvləri olacaqlar. Hamımız birlikdə çalışmalıyıq ki, Azərbaycan futbolunu inkişaf etdirək. U-17 qadınlararası dünya çempionatının ölkəmizdə keçirilməsi ondan xəbər verir ki, Azərbaycan hər sahədə olduğu kimi, futbolda da təşkilatçılıq xüsusiyyətlərini yüksək səviyyədə göstərəcək.

- 2011-ci ildə «Bakı» Futbol Klubunun çıxışını necə dəyərləndirirsiniz?
- Əgər komanda yüksək nəticə qazanmayıbsa, deməli, il bizim üçün uğursuz keçib. Ancaq digər sahələrdəki uğurları qeyd etməliyəm. Ötən mövsüm U-15 və U-17 komandamız AFFA-nın təşkil etdiyi çempionatda çempion oldu. Uşaq futbolunda böyük nəticələr qazandıq. Ən böyük uğurlarımızdan biri isə «Bakı» FK ilə yanaşı, «Bakı» voleybol komandasının və «Bakı» İdman klubunun yaradılmasıdı. Yaxın gələcəkdə klubumuzun nəzdində cüdo, boks, güləş və sair idman növləri üzrə bölmələr yaradılacaq.

- «Bakı» bu mövsümdə Unibank Premyer Liqasının final mərhələsinə vəsiqə əldə etsə də, çempionluq şansı o qədər də yüksək deyil...
- Komandamız ötən il olduğu kimi, bu mövsüm də ilk altılığa çətin vəsiqə qazandı. Komandanın nəticələri məni heç qane etmir.

- Rəhbərlik etdiyiniz klub qış transfer dövründə 4 futbolçunu komandaya cəlb etdi. Yeni transferlərin oyununu necə qiymətləndirirsiniz?
- Onların oyunlarını izləmişəm. Səviyyəli futbolçulardı. Ancaq nədənsə hələ öz oyunlarını tam nümayiş etdirə bilmirlər. Bunu da təbii qarşılamaq lazımdı. Yeni futbolçuların komandaya uyğunlaşması üçün bir qədər zamana ehtiyac var. Ümumilikdə, komandanın oyunu mane qane etmir.

- «Böyük «Bakı»-2012» layihəsi çərçivəsində görülən işlərlə bağlı nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, layihəyə əsasən əsas komandamız avrokuboklarda qrup mərhələsində mübarizə aparmalı, kubun təlim-məşq bazası istifadəyə verilməli və aşağı yaş qrupu üzrə komandaları formalaşdırılmalı idi. Əsas komandanı çıxmaq şərtilə, digər işləri yüksək qiymətləndirirəm. Respublika Prezidenti cənab İlham Əliyevin iştirakı ilə klubumuzun müasir standartlara cavab verən təlim-məşq bazasının açılışı oldu. Bundan əlavə, klubumuzun nəzdində akademiya fəaliyyətə başladı. Hansı ki, həmin akademiyada 400-dən artıq yeniyetmə futbolun sirlərini öyrənir. 10 komandamız ölkədaxili çempionatlarda iştirak edir. Bir sözlə, əsas komandanın çıxışını nəzərə almasaq, «Böyük «Bakı»-2012» layihəsi 90 faiz uğurla həyata keçirilib.

- Bildiyimiz qədər, təlim-məşq bazasında əlavə meydançaların da tikilməsi nəzərdə tutulub...
- Bəli, bazada daha 5 meydança salınacaq. Birinin üstü qapalı olacaq. Əsas komandanın oyunlarını keçirdiyi meydançanın ətrafı tribunalarla örtüləcək və tamaşaçı tutumu bir qədər də artırılacaq. Layihəyə əsasən, 3 və ya 4 ulduzlu 150-200 nəfərlik otel tikiləcək. Voleybola da böyük əhəmiyyət veririk. Azərbaycan Voleybol Federasiyasının binası da orada olacaq. «Bakı» İdman klubu olaraq digər idman növləri üçün də yüksək səviyyəli infrastruktur qurulmalıdır. Bütün bu işlərin U-17 qadınlararası dünya çempionatının startınadək başa çatdırılması planlaşdırılır. Ola bilər ki, qapalı meydança bir qədər gec təhvil verilsin.

- «Bakı», adətən, etdiyi transferlərlə diqqət çəkir. Növbəti transfer dövründə yenə adlı-sanlı futbolçuların heyətə cəlb edilməsi planlaşdırılırmı?
- Əlbəttə, nəticədən çox şey asılıdı. Nəticəmiz yaxşı olsa, super transferlərimiz olacaq. Amma yüksək nəticə qazanmasaq belə, «Bakı» həmişə iddialı klub olub və olacaq. Heyəti gücləndirmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.