Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
12.03.2012 / 0 şərh / 1169 -dəfə baxılıb

"Qəbələ"nin kapitanından "Neftçi" şərhi

“Matça ciddi hazırlaşmışdıq. Rəqib hazırda turnir cədvəlinə başçılıq edən “Neftçi” olduğundan komanda oyuna məsuliyyətli yanaşırdı və xüsusi köklənmişdi”. Bunu Azərbaycan milli komandasının və “Qəbələ”nin futbolçusu Mahir Şükürov “Neftçi” üzərində əldə etdikləri böyük hesablı qələbədən sonra klubun rəsmi saytına deyib.

Klubunun öhdəçiliyi və hədəflərinin olduğunu söyləyən 30 yaşlı müdafiəçi bildirib ki, buna çatmaq üçün bütün şanslardan istifadə etməli olduqlarını yaxşı başa düşürlər: “Qarşılaşmaya sürətli başladıq. Əlimizə düşən şanslardan da maksimum yararlandıq. Bizi dəstəkləyən bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bu qələbəni klubumuzun azarkeşlərinə və rəhbərliyə həsr edirik”.

Şükürov iki gün sonra ölkə kubokunda, ardınca da Premyer Liqada “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin hər iki matçdan sərfəli nəticələr hədəflədiyini açıqlayıb: “Bu qələbədən sonra arxayınlaşmaq olmaz. Bizi kubok, ardından da Premyer Liqada “Qarabağa”la çətin oyunlar gözləyir. Qarşımıza hər iki oyundan sərfəli nəticələr əldə etməyi məqsəd qoymuşuq. İnanıram ki, məqsədimizə çatacağıq”.

Qeyd edək ki, Unibank Premyer Liqasının XXIII turunda “Qəbələ” “Neftçi”ni darmadağın edib – 4:1.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.