Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
13.03.2012 / 0 şərh / 1225 -dəfə baxılıb

Parks Starkovun gedişinə münasibət bildirdi

Sabah «Bakı» ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda AzAL klubunu qəbul edəcək. Birinci «altılığ»da Avroliqaya düşmək imkanını əməli olaraq itirən «ağ-göylər», indi bu hədəfə yetişmək üçün bütün gücünü Azərbaycan kubokuna yönəldib. Amma komandada vəziyyət o qədər də ürəkaçan deyil. İtkilər «Bakı»nın istəyini gerçəkləşdirməsinə mane olur. Unibank Premyer Liqasının XIX turunda, «Neftçi» ilə matçda zədələnən Uinston Parks, «İnter»lə qarşılaşmanı tribunadan izlədi. Onun AzAL ilə görüşdə meydana çıxması da sual altındadır. Bunu müsahibəsində hucümçu özü deyib:

- Zədəm olduğu üçün meydana «İnter»lə matçı buraxmalı oldum. Ancaq bunu faciə kimi qiymətləndirmirəm. Çünki komandada məni əvəz edə biləcək yetərincə futbolçu var.

- Həkimlər zədənlə bağlı nə söyləyirlər?
- Zədəm uzun müddətli deyil. Ümidvaram ki, yaxın günlərdə yaşıl meydana dönəcəyəm.

- «Bakı»nın qeyri-sabit çıxışı nə ilə bağlıdır?
- Çox şey var. Amma bu barədə heç nə deməyəcəyəm. Qısaca onu söyləyə bilərəm ki, təzə komanda yaradılanda, buna bir az vaxt və bir az da səbr lazımdır. Tədricən hər şey yoluna düşəcəyinə əminəm.

- Demək olarmı ki, çempionluq şansınız tamam tükənib?
- Mən belə hesab etmirəm. İlk «altılıq» görüşlərinin başlanğıcında liderlər - «Neftçi» ilə «Xəzər Lənkəran» xal itirdilər. Mübarizənin gedişində vəziyyət dəyişə bilər. Hər şey özümüzdən asılıdır.

- Sizcə, yaxınlarda baş məşqçinin istefaya göndərilməsi, bunun reallaşmasına imkan verəcəkmi?
- Peşəkar kimi öz işimizi davam etməliyik. Futbolda belə şeylər olur: məşqçi gəlir, məşqçi gedir. Biz oyunumuzu oynamalıyıq.

- «Bakı»nın uğursuzluğunun bütün səbəbini Aleksandr Starkovda görmək olarmı?
- Məğlubiyyətdə futbolçuların da günahı var. Elə alınır işlər qaydasında gedir, elə alınır yox. Məğlubiyyətdə hamımız günahkarıq.
 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.