Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
15.03.2012 / 0 şərh / 1196 -dəfə baxılıb

“Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borclu idim"

“Kubok mücadiləsində səfərdə qol vurmaq çox vacibdi. Oyuna heç də pis başlamadıq. Amma matçın gedişində 2 dəfə geriyə düşdük. Son dəqiqələrdə vurduğumuz qol bizi cavab görüşünə bir qədər rahat getməyimizə şərait yaratdı”. Bu sözləri “Qarabağ”ın futbolçusu Muarem Muarem deyib.

Dünən “Qəbələ” ilə qarşılaşan “Qarabağ” səfər oyununda 2:2 hesablı şeç-heçəyə nail ola bildi. Son dəqiqələrə 1:2 hesab ilə geridə daxil olan Ağdam klubunu oyuna sonradan qoşulan Muarem Muarem xilas etdi. Bununla da Makedoniya millisinin yarımmüdafiəçisi “Qarabağ”da qol hesabını açdı.

Makedoniyalı futbolçu cavab oyununun daha çətin olacağını bildirib: “Bu o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq. “Qəbələ”nin olduqca sürətli hücum xətti var. Ona görə də sadəcə ilk hissə başa çatıb. Hələ cavab oyunu var”.

Muarem vurduğu qol barədə də danışıb: “Əslində demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borclu idim. Amma indi daha çətin məqamda qol vura bildim. Əsas mənim qol vurmağım deyil, komandanın başarılı olmasıdı. Təbii ki, qol vurmaq özünə əminlik gətirir”.

Futbolçu mövsümü titulla bitirmək istədiyini deyib: “Hər iki cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Uyğunlaşma ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi. Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik”.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.