Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
16.03.2012 / 0 şərh / 1431 -dəfə baxılıb

Yunis Hüseynov: İlk ildəcə həm Azərbaycan çempionu olub, həm də kuboku qazanmağa çalışacağıq (Müsahibə)

“Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Yunis Hüseynovun müsahibəsi

- “Xəzər Lənkəran” klubunun baş məşqçisi olmağı sizə kim təklif etdi?
- Klub rəhbərliyi.

- Konkretləşdirsək...
- Klub prezidenti Mais Mənsimovun tapşırığı ilə vitse-prezident Tuyqun Nadirov mənimlə əlaqə saxladı.

- Artıq zəng olunanda söhbətin nədən getdiyini bildiniz, yoxsa ofisə dəvət etdilər?
- Belə bir fikir söylədilər. Amma danışıqları aparmaq üçün ofisə dəvət etdilər. Danışdıq, razılığa gəldik.

- Bu zəngi çoxdan gözləyirdiniz?
- Nə mənada?

- Hər halda, iki ildir ki, işsiz idiniz...
- Hardasa gözləyirdim. Çünki işsiz məşqçi hər zaman dəvətlərin gələcəyinə ümid edir. Düşünürəm ki, yaxşı olacaq.

- Niyə məhz iki illik müqavilə imzaladınız?
- Bunun ciddi bir səbəbi yoxdur. Qarşılıqlı razılaşma əsasında iki illik müqaviləyə qol çəkdik. Biz ilk ildəcə həm Azərbaycan çempionu olub, həm də kuboku qazanmağa çalışacağıq. Maliyyə şərtləri barədə danışmaq isə istəmirəm. Çünki bunlar müzakirə olunmur.

- Müqavilədə hər hansı bir özəl şərt varmı?
- Adi müqavilədir. Düşnürəm ki, biz işimizi istədiyimiz kimi görəcəyik.

- Çempionluq və kubokdan danışdınız. Amma nə heyəti siz qurmusunuz, nə də hazırlıq mərhələsində iştirak etmisiniz. Bu mənada çətinliklə üzləşəcəyinizdən çəkinmirsiniz?
- Hər iş çətindir. Sadəcə, qarşıya məqsəd qoyub, ona doğru irəliləmək lazımdır.

- Komandaya ilk məşqinizi nə vaxt keçəcəksiniz?
- Bu gün, saat 17:00-da, Lənkəranda!

- Heyətdə xüsusi rəğbət bəslədiyiniz oyunçu varmı?
- Hamısı mənim üçün eynidir. Hamına hörmət edirəm və inanıram.

- “Xəzər Lənkəran”da işləmək hər məşqçi üçün çətindir. Çünki bu komandanın azarkeşləri heç də bütün məşqçiləri sevmirlər...
- Düşünürəm ki, aramızda ciddi problem olmayacaq. Onların məni əla qarşılayacağına inanıram.

- “Xəzər Lənkəran” təlim-məşq toplanışının çox hissəsini Bakıda, yoxsa Lənkəranda keçəcək?
- Mənim bölgədə yaşamaqla bağlı problemim yoxdur. Komanda yəqin ki, ilin böyük hissəsini Lənkəranda olacaq.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.