Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
17.03.2012 / 0 şərh / 1233 -dəfə baxılıb

Aşağıda olmaq bizə yaraşmır (Müsaibə)

AZAL-ın moldovalı hücumçusu Georgi Boqyunun müsahibəsi

- "Bakı" ilə oyunla bağlı nə deyə bilərsən?
- Çox ağır oyun oldu, biz bunu əvvəlcədən də gözləyirdik. Burdan sərfəli nəticəylə dönmək istəyirdik. "Bakı" çox istəkli idi. Hardasa hakim idarəçiliyi də oyuna təsir göstərdi. Hakim bir neçə epizodda rəqibə güzəştə getdi.

- Hansı epizodları nəzərdə tutursan?
- Hələ hesab 0:0 olarkən, müdafiəçi cərimə meydançasında əllə oynadı. Qapıya gedən topun qarşısını ikinci dəfə əllə aldılar. Üç top fərqiylə geridə olmağımıza baxmayaraq, ruhdan düşmədik, sona qədər mübarizə apardıq, yalnız qollardan birinin əvəzini çıxdıq. Onlar da bir neçə epizodu qaçırdı, biz də. Səfərdə vurulan bir top hardasa mərhələ keçmək şansımızı saxlaya bilər. Ona görə, cavab oyunu daha maraqlı keçəcək. Gərək Şüvəlanda erkən qol vuraq.

- Mərhələ keçmək şansınız neçə faizdir?
- 50-nin 50-yədi. Hər şey oyunun gedişindən asılı olacaq. Hansı komanda daha yaxşı hazırlaşacaq, o da növbəti mərhələyə keçəcək. Hələ ki nəticə "Bakı"nın xeyrinədi.

- Bəs səncə, AZAL-ın ilk "altılıq"da yer almasına nə mane oldu?
- Mövsümün birinci yarısı bizim üçün uğurlu alınmadı. Qış fasiləsinə qədər xeyli xal itirdik. "Sumqayıt", "Rəvan" və "Turan"la xal itkiləri bizi iddialılardan aralı saldı. İtirilən doqquz xal ilk "altılıq"da yer almamağımızla nəticələndi.

- Səncə, tez-tez baş məşqçi dəyişikliyi olması buna təsir etmədi?
- Hardasa ola bilər. Ümumiyyətlə, tez-tez məşqçi dəyişikliyi yaxşı hal deyil. Gələn baş məşqçi öz taktikasını verir bizə, yerdəyişmələr etməklə komandaya yenilik gətirmək istəyir. Bu da bəzən komandanın xeyrinə deyil, əleyhinə işləyir. Onda da stabil oyun və uğurlu nəticə göstərmək çətin olur.

- "Qəbələ" üzərində evdə qələbə qazanandan sonra belə bir söz dedin ki, gərək vaxtında Elxan Abdullayev baş məşqçi postundan gedərdi..
- Ola bilsin ki, yanlış başa düşmüsüz məni. Bunu komandaya görə demişəm. Elxan Abdullayelə heç bir problemim olmayıb. Əksinə, onun vaxtında AZAL-a gəlmişəm. Hər halda məni yaxşı başa düşər. Uğursuzluğu Elxan Abdullayevin ayağına yazmaq düzgün çıxmaz. Burda hər birimizin günahı var. Söhbət komanda oyunundan gedirsə, baş məşqçidən tutmuş futbolçulara qədər hamımız günahkarıq. Futbolda əbəs yerə demirlər ki, qələbə komandanın, məğlubiyyət isə baş məşqçinin adına yazılır.

- Ötən mövsüm avrokuboklarda çıxış edən AZAL cari ildə qitə yarışlarına qatıla bilməsə, bu, sənin üçün faciə olmayacaq ki?
- Sözsüz ki uğursuz mövsüm olacaq. Ən azından, hər hansı uğur əldə edib, Avropaya vəsiqə qazanmaq yerinə düşərdi. İlk "altılıq"dan kənarda qalmaqla mükafatlardan əlimizi üzdük. İndi yeganə təsəllimiz kuboku qazanmaq olardı. Kuboku qazamağa nə qədər gücümüz çatacaq, artıq bunu zaman göstərəcək. Ona görə də birinci növbədə "Bakı" səddini aşmalıyıq. Yarımfinala vəsiqə alandan sonra deyə bilərəm ki, hə, finala bir addım yaxınam.

- Belə çıxır ki, əsas gücü kuboka qoyub, çempionatda aşağı "altılıq"dakı oyunlara dırnaqarası baxacaqsız?
- Niyə ki? Aşağı "altılıq"da da uğurlu nəticələr əldə etmək istəyirik. Turnir cədvəlinin aşağı pillələrinde deyil, yuxarılarında yer almaq daha yaxşı olar. Onsuz da bu, AZAL-a heç nə verməyəcək. Başa düşürəm. Amma ötən il avrokuboklara vəsiqə qazanan komandanın aşağı yerlərdə olması da düzgün deyil. Aşağıda olmaq bizə yaraşmır. O ki qaldı çempionatla müqayisədə kuboka üstünlük verməyə, əlbəttə, bizə bu daha lazımlıdı. Onu əldə etmək isə elə də asan olmayacaq. Çünki digər komandalar da kuboku qazanmaq uğrunda ciddi mübarizə aparır.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.