Klub xəbərləri
- 19.03.2012 / 0 şərh / 1435 -dəfə baxılıb
- "Şənbə günü səhər hər şey darıxdırıcı idi. Hətta sakitləşmək, zarafat etmək mümkün olan yerdə də belədir. Yəni, futbol dünyasında. Ancaq etdiyim zarafatın belə güclü reaksiya doğuracağını gözləmirdim. Dediyim sözlərə görə nahara qədər başım ağrıdı".
Bu sözləri "İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi saytına açıqlamasında deyib. "Neftçi" ilə oyundan əvvəl rəqib barədə "Neftçi" bizim abunəçimizdir, hər oyunda bizə 3 xal verir" deyən bolqarıstanlı iş adamı bir daha belə sözlər işlətməyəcəyini bildirib:
"İdman insana müsbət enerji gətirməlidi. Deyilən hər sözə fikir vermək lazım deyil. Ən yaxşısı əlini yelləyərək gülümsəyib getməkdir. Mən söz verirəm: Növbəti dəfə heç nə deməyəcəyəm ki, rəqibin oyuna köklənməsi heç olmasın".