Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
19.03.2012 / 0 şərh / 1468 -dəfə baxılıb

"Mənə deyiblər ki, Lənkəranda stadiona çoxlu adam gəlir" (Müsahibə)

"Bakı"nın müdafiəçisi Denis İvanovun müsahibəsi

- Öncə AZAL-la kubok matçından başlayaq..
- AZAL ən güclü rəqiblərdən biridi, oyunumuz çox ağır keçdi. Onlar da yaxşı oynadılar. Amma qələbə qazanan tərəf biz olduq. Sevinirəm ki, yarımfinala bir addım yaxınlaşdıq. Bilirsiz ki, son vaxtlar uğursuz çıxış edirdik. AZAL üzərində qələbə bizə psixoloji cəhətdən müsbət təsir edəcək. Məncə, çempionatda da uğurlu nəticələr davamlı olaraq gələcək. Komandamıza qələbə lazım idi ki, qara zolaqdan çıxaq. Özümüz də bezmişdik daha. Uduzmaq "Bakı"ya yaraşmır.

- 3:1 hesablı qələbə sizi arxayınlaşdırmır ki?
- Bunu sərfəli nəticə hesab etmirəm. Səfərdə işimiz daha çətin olacaq. Çünki rəqib iki top fərqini aradan qaldırmağa cəhd edəcək. Onlar oyun başlayan kimi hücuma atılıb, erkən qol vurmağa çalışacaqlar. Hər halda müdafiədə diqqətli oynayıb, əks-hücumlarda effektli olmalıyıq. Hesabı biz açsaq, onda bir qədər rahat oynaya bilərik. AZAL Şüvəlanda daha yaxşı oynayır. Onun üçün indidən hansı komandanın mərhələ keçəcəyindən danışmaq tezdi. Hələ ki hesabda biz irəlidəyik (gülür). Cavab oyununda hər şey ola bilər. Səbrli olub, ikinci oyunun nəticəsini gözləməliyik. Martın 28-də, axşama yaxın bilinəcək ki, hansı komanda mərhələ adlayacaq.

- Niyə belə ümidsiz danışırsan?
- Çünki bu, futboldu, hər şey ola bilər. Çempionlar Liqasının finalını xatırlayırsız. "Milan" İstanbulda "Liverpul"a birinci hissədə 3:0 qalib gəlirdi. Hamı italyanların kuboka sahib olacağını gözləyirdi, sonra nə baş verdi? Fasilədən sonra "Liverpul" hesabı bərabərləşdirdi və penaltilər seriyasında qalib gəldi. Məhz buna görə bizə də arxayınlaşmaq lazım deyil. İkinci qarşılaşmada sərfəli nəticə əldə etməyimiz üçün ehtiyatlı olmalıyıq. Şanslarımız bərabərdi.

- Aleksandr Starkovun istefasını gözləyirdin?
- Açığı, gözlənilməz oldu. Gedəcəyi haqda heç kimə bir söz deməmişdi. Ola bilər ki, komandanın uğursuz çıxışını görüb, belə elədi. Lakin bir təcrübəli məşqçi kimi ona inanıram. Çox yaxşı məşqçidi.

- Necə fikirləşirsən, bəs onun işi niyə alınmadı?
- Bu suala cavab tapmaq çətindi. Yaxşı olar ki, bunu onun özündən soruşasız. Starkovla bağlı məndən nəsə çəkmək istəyirsiz? (gülür). O, mənim ən bəyəndiyim məşqçilərdən biridi. Onun barədə pis nəsə deyə bilmərəm. Sadəcə, nəticə olmadığından, getməyi üstün tutdu.

- Həmyerlinizin postundan istefa verdiyini eşidincə, nə fikirləşdiz?
- Bu, onunla rəhbərlik arasında olan məsələdi. Bizimlə sağollaşıb, hamımıza gələcək oyunlarda uğurlar arzuladı, onun gedişinə görə ruhdan düşməməyi tapşırdı. O, komandanın uğur qazanıb, avrokuboklara vəsiqə qazanmasını arzu etdi. Dedi ki, "Bakı"nın oyunlarını diqqətdə saxlayacaq.

- Starkov Azərbaycandan ayrılsa da, millidə onunla tez-tez rast gələcəksən...
- Sözsüz ki, onunla görüşəcəyik. Burdan getsə də, mütəmadi əlaqə saxlayacam. "Bakı"ya bizi Starkov gətirib. Ola bilsin ki, hardasa onun ümidlərini doğrulda bilmədik, ancaq komandanın uğur qazanması üçün əlimizdən gələni edirdik. Bəzən bəxt amili də böyük rol oynayır. Ümumiyyətlə, komandanı fərdlərə bölmək istəmirəm. Qeyri-stabil oyun göstərmişiksə, bunda hamımızın günahı var. İndi birlikdə uğur qazanmaq üçün son nəfəsimizə qədər döyüşməliyik. Mövsümü titulla başa vurmaq, "Bakı"nı mükafatçılar sırasında görmək istəyiriksə, sona qədər mübarizə aparmalıyıq. Bundan başqa yolumuz yoxdu. "Xəzər Lənkəran"la qarşılaşmadan çox şey asılıdı.

Çempionatda ilk "üçlüy"ə düşmək mənasında ordakı görüş əhəmiyyətlidi. Dekabrda Lənkərana getmişdik. O oyunda stadion cəzalı idi, azarkeş yox idi. Mənə deyiblər ki, Lənkəranda stadiona çoxlu adam gəlir. Bu, bizi qorxutmur. Komandamız belə atmosferdə özünü daha yaxşı hiss edir. Nəticə üçün vuruşacağıq.


 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.