Klub xəbərləri
- 19.03.2012 / 0 şərh / 1497 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 24-cü turuna "Xəzər Lənkəran" - "Bakı" yekun vuruldu. Rəqibini minimal hesabla məğlub edən "Bakı" növbəti 3 xalı aktivinə yazdı - 1:0. Oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Novruz Əzimov: “Yunis Hüseynovu “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. Əzəmətli oyun oldu. Oyun öncəsi heyətimizdə bir sıra itkilər var idi. Digər oyunçular bu boşluqları lazımınca doldura bildi. Qələbə bizə vacib idi”.
Yunis Hüseynov: “Bu gün sarsıntı keçirdim. İlk oyunda məğlub olmaq istəmirdim. Komandaya iki gündür ki, gəlmişəm, cəmi bir məşqdə iştirak etmişəm. Hər gün futbolçularla danışırdım. Buna baxmayaraq, komandanı hələ tam tanıya bilməmişəm. Bir neçə futbolçudan razı qaldım, adlarını çəkmək istəmirəm. Qarşıda bizi “Neftçi” ilə çətin oyun gözləyir. Çalışacağam ki, bu oyuna komandanı daha yaxşı hazırlayım. “İstefa” şüarları mənə pis təsir etdi. Uduzacağımıza inanmırdım, amma futbolda hər şey ola bilər”.