Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
19.03.2012 / 0 şərh / 1191 -dəfə baxılıb

"Sumqayıt"ın prezidenti: Raaba inanırıq və onu dəstəkləyirik (Müsahibə)

"Sumqayıt" Unibank Premyer Liqasının XXIV turuda səfərdə "Kəpəz"ə 4:1 hesabı ilə məğlub olub. Elitanın debütantı ölkə çempionatında 6 oyundu qələbə qazana bilmir. "Sumqayıt"ın prezidenti Kamran Quliyev komandanın son vaxtlar uğursuz çıxışı ilə bağlı klubun rəsmi saytına müsahibə verib.

- "Sumqayıt" Premyer Liqanın ikinci mərhələsinə olduqca uğursuz başlayıb. Komanda son altı görüşdə məğlubiyyətlə üzləşib. Uğursuzluğun əsas səbəbini nədə görürsünüz?
- Bəli, "Sumqayıt" Premyer Liqanın ikinci mərhələsinə uğursuz başlayıb. Komandanın sabit oyun nümayiş etdirməkdə çətinlik çəkdiyi açıq-aşkar görünür. Bu da gənclərə xas olan xüsusiyyətdi. Digər tərəfdən, oynadığımız son üç qarşılaşmada sanki bəxt bizdən üz döndərmişdi. AZAL-a məğlub olduğumuz görüşdə komanda kifayət qədər qol epizodundan yararlana bilmədi. Buraxdığımız qollarda təcrübəsizlik nəzərə çarpırdı. "Rəvan"la qarşılaşmanın ikinci hissəsində rəqibdən üstün oyun nümayiş etdirdik. Görüşün 70-ci dəqiqəsində penalti zərbəsindən yararlana bilmədik. Son dəqiqə qolu ilə də məğlub olduq. "Kəpəz"lə qarşılaşmada da komanda 70 dəqiqə hücumda oynadı. Yalnız müdafiə xəttində buraxdığımız kobud səhvlər məğlub olmağımıza yol açdı. Gəncədə baş tutan oyunda birinci hissənin son dəqiqələrində futbolçularımız iki real qol vəziyyətindən yararlana bilmədilər. Hücum xəttində problem yaşayırıq. Hazırda ölkədə Azərbaycan pasportu daşıyan hücumçu olduqca azdı. "Sumqayıt" yalnız Azərbaycan vətəndaşlarından qurulub. Əcnəbi futbolçu dəvət etmədiyimiz üçün seçimimiz olduqca məhduddu.

- Bəlkə, komanda qışda hazırlıq prosesini düzgün keçməyib?
- Mən belə düşünmürəm. "Sumqayıt" Futbol Klubu Unibank Premyer Liqasının ikinci mərhələsi üçün Antalyada təlim-məşq toplanışı keçdi. Futbolçuların fiziki hazırlığını yüksəltmək üçün hətta komandaya əcnəbi mütəxəssis də dəvət etmişdik. Yenə deyirəm, uğursuzluğun əsas səbəbi komandanın gənclərdən qurulmasıdı. Heyət üzvlərinin əksəriyyəti ilk dəfədir Premyer Liqada oynayır. Gənclərin uzun marafonda sabit oyun nümyiş etdirmələri bir qədər çətindi. Son nəticələr həqiqətən ürəkaçan deyil. Premyer Liqanın ilk mərhələsində 13 qol vurub qapımızdan 23 top buraxmışdıq. Son altı qarşılaşmada isə 4 qol vurub, qapımızda 19 qol görmüşük. Hücum xətti ilə yanaşı, komandanın müdafiə xətti də inamsız oynayır.

- Son zamanlar bəzi informasiya vasitələrində sizin klubun baş məşqçisi Bernhard Raabla problem yaşadığınız söylənilir...
- Ötən həftə bir qəzetdə bu barədə məlumat oxudum. Açığı, çox təəccübləndim. Bizim baş məşqçi Bernhard Raab və onun işlədiyi məşqçi korpusu ilə heç bir problemimiz yoxdu. Son zamanlar futbolda uğursuz nəticələrə görə məşqçi dəyişikliklərinin tez-tez şahidi oluruq. Bu tendensiya bizim siyasətimizə ziddi. Planlarımızın gerçəkləşməsi üçün zamana ehtiyacımız var. Biz "Sumqayıt" Futbol Klubu olaraq Bernhard Raaba inanırıq və onu dəstəkləyirik. Qeydə alınan nəticələr heç kimi sevindirə bilməz. Ən böyük problemlərimizdən biri də futbolçuların tez ruhdan düşmələridi. Hazırda çatışmazlıqları aradan qaldırmağa çalışırıq.

- "Kəpəz"ə məğlubiyyətdən sonra futbolçular və məşqçilər korpusu ilə söhbətiniz olubmu? Uğursuzluğa görə futbolçulara hər hansı cəza veriləckmi?
- "Sumqayıt" Futbol Klubunun rəhbərliyi mövsümün əvvəlindən nəticədən asılı olmayaraq, hər oyundan sonra futbolçular və məşqçi heyəti ilə görüş keçirir. Görüşdə bütün məsələlər müzakirə olunur. "Kəpəz"lə qarşılaşmadan sonra da komanda heyəti ilə iclas keçirdik. İradlarımı onlara bildirdim. Biz milli komandalar və icarədə olan futbolçuların klubları qarşısında məsuliyyət daşıyırıq. Oyunçularımızın tək futbolçu keyfiyyətlərinə yox, həmçinin insani keyfiyyətlərinə də önəm veririk. İstəyirik ki, bütün komanda məsuliyyəti dərk edsin. Bəli, uğursuz nəticələrə görə komanda cəzalanacaq. Bu klubun daxili işi olduğu üçün ətraflı məlumat vermək istəmirəm.

- "Sumqayıt"ı qarşıda "Simurq" və "Turan"la çətin sınaq gözləyir. Bu oyunlar barəsində nə deyə bilərsiniz?
- Bundan sonra hər qarşılaşma bizim üçün final oyunu kimi vacibdi. "Simurq" və "Turan" üzərində qələbə qazanıb son pillədən qurtulmaq istəyirik. Artıq havalar mülayimləşib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyü qışdakı vəziyyətə nisbətən düzəlib. Bu səbəbdən bundan sonra ev oyunlarımızı Sumqayıtda keçirməyi planlaşdırırıq. Fürsətdən istifadə edib, bütün azarkeşlərimizi bu çətin vəziyyətdə bizə dəstək olmağa çağırırıq.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1127
2AZAL1119
3İnter1118
4Simurq1114
5Bakı1111
6Qəbələ1111
7AZAL1110
8Rəvan119
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

11

09.11.2019
15:00
Qəbələ
Səbail
3
0
17:00
Keşlə
Neftçi
2
1
10.11.2019
16:00
Sabah
Sumqayıt
1
3
19:00
Qarabağ
FC Zire
1
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.