Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 2015 -dəfə baxılıb
- “Kəpəz”lə oyuna ciddi hazırlaşırıq. Qələbə qazanıb, növbəti mərhələyə çıxmağa çalışacağıq”. Bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Əmircanov deyib.
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Kəpəz”lə qarşılaşır. İlk oyunda Gəncə klubunu səfərdə 1:2 hesabı ilə yenən paytaxt klubu cavab oyununu martın 28-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirəcək.
Əmircanov “Kəpəz”in təhlükəli komanda olduğunu bildirib: “İlk oyunda 2:0 hesabı ilə öndə olsaq da, arxayınlaşdıq və qol buraxdıq. “Kəpəz” bütün komandalara sürpiz edə bilər. Bu səbəbdən də daha diqqətli olmalıyıq”.