Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 2397 -dəfə baxılıb
- Premyer Liqanın iddialılarından olan "Xəzər Lənkəran" bundan sonra öz meydanında keçirəcəyi bütün qarşılaşmaları canlı yayımlayacaq. Bu barədə "ağ-yaşıllar"ın icraçı-direktoru Höccət Hacıyev məlumat verib. O, bunun sabahkı oyunada şamil olacağını bildirib:
"Biz artıq Lənkəranda keçiriləcək bütün qarşılaşmaları internet vasitəsi ilə, klubun rəsmi saytında canlı yayımlamaq istəyirik. Artıq bu çərçivədə bütün işlər gerçəkləşib. İnşallah, qismət olsa, sabahkı "İnter"lə kubok oyunu da, canlı yayımlanacaq".