Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 2756 -dəfə baxılıb
- “İnter” möhkəm komandadı. Uzun müddət bir yerdə çıxış edən futbolçulardan təşkil olunub. Amma biz onları keçmək istəyirik”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
“Xəzər Lənkəran” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “İnter”i qəbul edəcək. Bu komandalar arasında ilk matç “bankirlər”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Yunis Hüseynov onları çətin oyunun gözlədiyini bildirib: “Çətin oyun olacaq. Kubok oyunları çempionat matçlarından fərqli olur. İndi sadəcə bu görüşə köklənmişik”.