Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 2116 -dəfə baxılıb
- “Qəbələ” ilə oyuna ciddi hazırlaşmışıq. Demək olar ki, vacib oyuna hazırıq”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”ni qəbul edəcək. Qurban Qurbanov səfərdə 2:2 hesablı heç-heçə ilə başa çatan rəqiblə cavab matçı barədə fikirlərini bildirib: “Bizi ağır oyun gözləyir. “Qəbələ” çətin rəqibdi. Bu mövsüm onlarla dörd dəfə qarşılaşmışıq. Amma bu oyunların heç birində qələbə qazana bilməmişik. Fatih Kavlakın baş məşqçi təyin olunmasından sonra rəqibin nəticələri də yaxşılaşıb. İlk oyunda kiçik üstünlük əldə etmişik. Buna baxmayaraq, cavab matçında heç-heçəyə oynamayacağıq. Qələbə qazanmalıyıq”.