Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 1897 -dəfə baxılıb
- “Komandamız “Qarabağ” qalib gəlmək gücündədi”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Fatih Kavlak deyib.
“Qəbələ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq. Bu komandalar arasında “Qəbələ”də baş tutmuş oyun 2:2 hesabı ilə başa çatıb.
Türk mütəxəssis vaxtı ilə məşqçi işlədiyi komandanı mübarizədən kənarlaşdırmaq iddiasındadı: “Kubok 2 oyundan ibarətdi. İlk oyunda heç-heçə etsən və ya uduzsan, cavab matçına şansın qalır. “Qarabağ”a səfər oyununda qalib gəlməyimiz mümkündü. İnşallah, buna nail olarıq. Amma bu asan olmayacaq”.