Klub xəbərləri
- 27.03.2012 / 0 şərh / 2079 -dəfə baxılıb
AZAL “Bakı” ilə oyuna ciddi itkilərlə çıxacaq. Baş məşqçi Rafiq Mirzəyev kubok oyununda iki futbolçunun xidmətindən yararlana bilməyəcək.
Belə ki, “Bakı” ilə oyunda qapıçı Cahangir Həsənzadə və yarımmüdafiəçi Elşən Məmmədov meydana çıxmayacaq.
Qeyd edək ki, “Bakı” və AZAL arasında Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.