Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
27.03.2012 / 0 şərh / 2068 -dəfə baxılıb

"Belə məlumatlara rast gələndə isə fikir vermirəm" (Müsahibə)

"Bakı"nın baş məşqçisi Novruz Əzimovun müsahibəsi

- Öncə "Qarabağ"la oyundan başlayaq...
- İlk "altılıq"da oyunlar gərgin keçir. Əgər qalib gəlsəydik, yüksək yerlər uğrunda mübarizə aparmaq şansımız artacaqdı. Məğlubiyyət işimizi çətinə saldı. Bundan sonrakı turlarda sona qədər mübarizə aparacağıq. Koke penaltini dəqiq vura bilsəydi, nəticə də başqa cür olacaqdı.

- Sizə elə gəlmir ki, komandanız o anda, yəni 79-cü dəqiqədə artıq məğlubiyyətlə barışdı?
- Mən elə düşünmürəm. Düzdü, penaltini vurmamaq oyunumuza təsir elədi, amma yenə də heç-heçəyə ümid edirdim. Bərabərlik topunu vurmağa vaxt vardı. Lakin penaltini qaçırmaq futbolçularımı ruhdan saldı.

- Kokeyə penaltini vurmağı siz həvalə etmişdiz?
- Oyundan bir gün əvvəlki məşqdə penaltilər üzərində Elvinlə o işlədi. Hər ikisinin zərbələri dəqiq oldu. Onlara demişdim ki, penal olarsa, ikinizdən biriniz vurarsız. Koke topu götürüb, penalti nöqtəsinə yaxınlaşdı. Elvin özü də dedi ki, topu onun əlindən almağım düzgün çıxmazdı. Onu da bilmək olmaz, bəlkə 11 metrəni Elvin də vura bilməyəcəkdi. Nəsə, penallarda bizimki gətirmir.

- "Bakı" cari mövsümdə vurduğu penaltilərin heç birindən istifadə edə bilməyib. Buna səbəb nədi, ancaq futbolçuların özünə inamsızlığı?
- "İnter"lə başa çatan oyunu saymasaq, beş penal vurmamışıq. Şoliç, Nurlan, Junior, İvanov, indi də Koke. Özünə inamsızlıq olanda, zərbələr də dəqiq alınmır. Burda psixoloji faktor var. Futbolçu penalti nöqtəsinə yaxınlaşanda gərginlik artır, qapını dəqiq nişan ala bilmir. Görünür, bunun üzərində işləmək lazımdı.

- Komandanız birinci hissədə Starkovun vaxtındakı kimi təsir bağışladı. İkinci hissədə isə hərəkətlilik artdı. Sizcə, nəticə oyuna görə oldu?
- "Qarabağ"ın da güclü oynadığını deyə bilmərəm. Əksinə, biz imkanlarımızdan daha aşağı səviyyədə oynadıq. Komandamızın potensialı bundan artığına çatır. Özünüz da dəfələrlə şahidi olmusuz ki, «Bakı» hansı çətin vəziyyətlərdən çıxıb.

- Növbəti turda penalti olsa, onda kim vuracaq?
- İndidən demək düzgün deyil. Təki penal qazanaq, mən vurmağa birini taparam.

- Bu mövsüm "Bakı" ardıcıl üç turda qələbə qazana bilməyib. AZAL-a kubokda qalib gəlib, ardından "Xəzər Lənkəran"ı səfərdə məğlub etdiz. Lakin üçüncü oyunda yenə məğlubiyyət. Qeyri-stabil çıxışı da futbolçuların güclərinə inamını itirməsində axtarmaq olar?
- Stabilliyin olmaması ilə razıyam. Bunun da səbəbi fiziki deyil, psixoloji durumla bağlıdı. Bizdəki futbolçuların potensialı yüksəkdi, lakin özünəinamın aşağı olması stabil çıxışımıza mane yaradır. Uşaqlar həmin yükü çiyinlərindən atıb, özlərinə gəlsələr, hər şey qısa vaxtda qaydasına düşə bilər.

- Son 2 matçda meydanda başqa Aleksandr Soliç gördük. O, hər iki qarşılaşmada komandanı arxasınca apara bildi. Lakin "Qarabağ"la görüşdə özünü yaxşı tərəfdən göstərə bilmədi…
- Komanda bir oyunçudan asılı olmamalıdı. Hər bir futbolçunun çıxışı özündən asılı deyil. Ətrafındakılardan da çox şey asılıdı. "Qarabağ"a qarşı təkcə Soliç deyil, bütün futbolçular zəif oynadı. Hər oyunda futbolçu stabil oynaya bilməz. İnanıram ki, növbəti oyunda Soliç yenə özünü yaxşı tərəfdən göstərəcək.

- Müdafiənin cinahları Starkovun vaxtında olduğu kimi zəif görünür. Şəhriyar Əliyev sağda özünü göstərə bilmir. Gah kobud top itkilərinə, gah da mövqe səhvlərinə yol verir. Şəhriyar müdafiənin mərkəzində Denis İvanovu əvəzləyə bilməz?
- Təklif edirsiz ki, İvanovu oynatmayaq? - Oynamaması daha yaxşı olar, məncə. Denisdən razıyam. Üzərinə düşən işin öhdəsindən lazımınca gəlir son vaxtlar. AZAL-ı və "Xəzər"i udduğumuz oyunlarda meydanda can qoydu. Axırıncı da pis təsir bağışlamadı.

- Artıq çempionatda medalların əldən çıxmasıyla barışmısız?
- Sizcə, bununla barışmalıyıq?

- Onu mən deyə bilmərəm. Sizin fikriniz bizim üçün maraqlı olar…
- Belə çıxır ki, onda oynamayaq da. Hələ qarşıda 7 tur var. Üçüncü yerdə gedən komandayla aramızdakı fərq 10 xaldı. "Olimpik" çempionluğa doğru gedən ili mövsümün başa çatmasına beş tur qalmış "İnter"lə aradakı fərq bu qədər idi. Sonda necə oldu? "Olimpik" çempion ola bilmədi, mövsümü ikinci yerdə başa vurdu. Futbolda sona qədər mübarizə aparmaq lazımdı. Qarşıda müsbət nəticələr əldə edəcəyimizə inanıram. Ona görə də medallardan əlimizi üzməmişik, heç belə fikrimiz də yoxdu.

- Matçın taleyini Rəhman Hacıyev də həll edə bilərdi. Oyuna yaxşı qoşuldu, əla qol vurdu. Ardınca Nurlan Novruzovu meydana buraxdız, o da fəal idi. Növbəti turlarda onlara şans vermək fikriniz var?
- Sözsüz, bütün gənclərə şans verəcəyik. Tam hazır olanlar heyətdə yerini alacaq.

- Verpakovski və Koke istənilən oyunu göstərə bilmir. Parks "Xəzər Lənkəran"dakı kimi əzmlə mübarizə aparmır. isə. Belə olduğu halda, mövsümün sonunda yenidən islahatların aparılması labüddü?
- Hələ yaya çox var. Görək, necə oynayacaqlar. Ondan sonra nəsə demək olar. Verpakovski bu oyunda 11 metrə qazandı. Oyuna da fəal qoşuldu. Onun yaxşı oynamasına zədələr imkan vermir. Hansı oyuna çıxıbsa, komandanın uğur qazanması üçün əlindən gələni edib. Sadəcə, zədələr oynamasına vermir. Bəxti də gətirmir. Çempionatın əvvəlindən bəxtsizlik ondan əl çəkmir.

- Starkovdan sizə çox problem qalıb?
- Onu mən yox, siz deyə bilərsiz. Hansı problemlər qaldığını deyə bilmərəm. Bu, klubun daxili işidi.

- Latviyalıdan qalan problemləri həll etmək vaxtınızı aparacaq. Onun vaxtından qalan ən böyük problem nədi?
- Bunu demək düzgün çıxmaz. Çünki onunla birgə çalışmışam. Bu, ümumən komandanın problemidi. Qeyri-stabillik inamsızlıq kimi problemlər hələ də özünü biruzə verir. Bütün bunlara baxmayaraq, "Bakı"da yer alan futbolçuların potensialı böyükdü, qarşıdakı oyunlarda onlardan daha məzmunlu və yaxşı oyun gözləyirəm.

- Starkovun bir ildə etdiyi transferlərin yanlış olduğu özünü göstərir. Bununla razılaşırsız?
- Mən belə fikirləşmirəm.

- AZAL-la cavab görüşündən nə gözləyirsiz? Rəqib düşərgədə baş verən son hadislər sizi arxayınlaşdırmır ki?
- Onlarda nə baş verdiyini bilmirəm. AZAL-la müqayisədə, bizdə problemlər daha çoxdu. Juniorla yanaşı, Parks və Kovaçeviç hələ də zədəlidi. Elvin Əliyev isə artıq neçə müddətdi komandaya kömək edə bilmir. Bizi heç nə arxayınlaşdırmır. Cavab oyununa ciddi hazırlaşırıq. Qələbə qazanıb, kubokda yolumuza davam etmək istəyirik.

- Son vaxtlar mətbuatda kluba yeni baş məşqçinin gətirilməsi ilə bağlı məlumatlar dolaşır. Bu, sizi ruhdan salmır ki?
- Qəzetləri oxuyuram, belə məlumatlara rast gələndə isə fikir vermirəm. Mən işimi görürəm. Baş məşqçi postuna kimin gətiriləcəyinə rəhbərlik qərar verir. Onların hər bir qərarına hörmətlə yanaşacam.

- Rəhbərlik Starkovu məhz sizin əvəzləməyinizə nə vaxt qərar verdi?
- Bildiyimə görə, mənim namizədliyimi Starkov özü irəli sürüb. O, bildirib ki, yeni baş məşqçi axtarmağa ehtiyac yoxdu. Məhz bundan sonra da baş məşqçi postu mənə tapşırıldı. Bu, mənim karyeramda böyük şansdı. Əgər hər şey alınsa, rəhbərlik qərar verə bilər ki, mən qalım. "Bakı"ya nəticə lazımdı. Mövsümü titulla bitirmək lazımdı. Bura mənim üçün doğma klubdu. Onun üçün gecə-gündüz işləməyə hazıram.

- Sizcə, Starkovun işləri niyə alınmadı?
- Bu, uzun söhbətdi. Onun 15 ay işləmək üçün vaxtı oldu. Yaxşı heyət toplamışdı. Mənə elə gəlir ki, o, sadəcə, Azərbaycan futbolundan lazımınca baş aça bilmədi. Futbolçular da onlardan nə tələb olunduğunu başa düşə bilmədilər.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.