Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
28.03.2012 / 0 şərh / 2180 -dəfə baxılıb

"İndi daha sərbəst, rahat oynayıram" (Müsahibə)

 “Bakı”nın futbolçusu Devidas Çesnauskisin müsahibəsi

- Necə düşünürsən, "Bakı"nı AZAL-la oyuna hazır saymaq olar?
- Hazırlığımız normal keçib. Deməzdim ki, xüsusi hazırlaşmışıq. Digər oyunlara necə, AZAL-la oyuna da o cür. Təbi ki, iki topluq üstünlüyümüz var. Amma bununla belə arxayınlaşmaq olmaz. Bizi çox çətin oyun gözləyir. Səfərə qələbə dalınca gedirik.

- AZAL haqqında nə deyə bilərsən?
- AZAL yaxşı komandadır. İlk oyunda məğlub olsalar da hələ şanslarını itirməyiblər. Odur ki, onlar da meydançaya qələbə qazanıb yarımfinala yüksəlmək istəyi ilə çıxacaqlar.

- İlk oyundan fərqli olaraq ikinci matç süni örtüklü meydançada keçiriləcək. Bu amil oyununuza təsir edə bilər?
- Düşünmürəm ki, süni meydança amili hansısa mənada bizə mane olsun. Düzdür, burada zədə almaq riski də çoxdur. Ancaq digər tərəfdən də "Bakı"nın futbolçularının çox texnikalı olduğundan düz meydançada oynamaq da daha rahat olur.

- Öz oyunun haqqında nə düşünürsən? Gəldiyin ilk vaxtlarda oyuna daha çox ikinci hissədən qoşulurdun. Ancaq son vaxtlar həm müntəzəm oynayırsan həm də qol vurursan. Demək olar ki, uyğunlaşma prosesini arxada qoymusan?
- Bəli, tamamilə doğrudur. İlk gəldiyimdə yeni ölkə olduğundan tanımırdım. Get gedə yerli ab-havaya, oynanılan futbola öyrəşdim. Nəticədə daha müntəzəm oynamağa və qollar vurmağa başladım. Bir sözlə, hazırkı durumundan razıyam. Ancaq bu o demək deyil ki, artıq əsas heyətin daimi üzvüyəm. Əvəzedilməz futbolçu yoxdur. Odur ki, yerini əlində saxlamaq üçün daim öz üzərində işləməlisən.

- Yeri gəlmişkən Aleksadr Starkovun vaxtında oyunun böyük hissəsini müdafiədən oynayırdın. Novruz Əzimovun gəlişindən sonra sanki daha çox ön xəttə oynamağa başlamısan. Belə demək olarsa, artıq tam sərbəst oynayırsan...
- Razıyam. Əvvəllər baş məşqçi mənə tapşırırdı ki, arxaya da kömək edim. Ona görə də tez tez müdafəyə çəkilməli olurdum. Ancaq indi daha sərbəst, rahat oynayıram. Çünki oyunun böyük hissəsini hücumda keçirirəm. Vurduğumn qolları da bununla əlaqələndirərdim.

- Azərbaycan çempionatının səviyyəsi haqda nə deyə bilərsən?
- Səviyyə pis deyil. Açığı gəlməmişdən qabaq Azərbaycan çempionatının səviyyəsini bu cür təsəvvür eləmirdim. Gəldim gördüm ki, buradakı klubların da yaxşı bazası, infrastrukturu var. Çempionluq uğurunda gərgin mübarizə gedir ki, bu da çempionatın səviyyəsindən xəbər verir.

- "Bakı"nın mükafatçılar sırasına düşmək şansını necə dəyərləndirərdin? Ümumiyyətlə, əsas diqqətinizi çempionata yönəltmisiniz, yoxsa kuboka?
- Açıq danışsaq, çempionatdakı şanslarımız elə də yaxşı deyil. Baxmayaraq ki, qarşıda hələ 7 oyun var və bu oyunların hamısında qalib gəlib ilk "üçlüy"ə düşmək olar. Ancaq bu çox çətin məsələdir. Odur ki, əsas diqqətimizi kuboka yönəltmişik. İnanıram ki, kubokda uğur qazanıb Avropa Liqasına gedəcəyik.

- Səndən əvvəl Azərbaycanda bir sıra latviyalı futbolçu və məşqçilər çalışıblar. Məsələn Robertas Poçkus, Tomas Razanauskas, Valdas İvanauskasla şəxsi tanışlığın var?
- Poşkus çox yaxşı futbolçudur mənim də dostumdur. Razanauskası da millidən tanıyıram. O ki, qaldı İvanauskasa o, əla futbolçu olub. Məşqçi kimi də "Harts"da nəticə qazanıb. Hətta həmin vaxt mən də onun rəhbərliyi altında oynamışam.

- Sonda Premyer Liqanın hazırkı formatı haqqında da fikirlərini bilmək istərdik. Səncə, "altılıq" sistemi nə dərəcədə ideal sayıla bilər?
- Hazırda Avropada Şotlandiya bu sistemdən istifadə edir. Litvanın özündə 10 komanda 3 dövrədə mübarizə aparır. Azərbaycan çempionatına gəlincə, özünüz də görürsünüz ki, ilk "altılıq"da necə gərgin mübarizə gedir. Ancaq təssüf ki, eyni sözləri ikinci "altılıq" haqqında demək olmaz. Oradakı oyunlara demək olar ki, maraq yoxdur. Ancaq neyləmək olar, reqlament bu cür qəbul olunubsa, çalışıb ilk "altılığ"a düşmək lazımdır.

 
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.