Klub xəbərləri
- 29.03.2012 / 0 şərh / 2109 -dəfə baxılıb
- “Oyunun çox çətin keçəcəyini bildirmişdim. Gördüyünüz kimi “Kəpəz” sona qədər mübarizə apardı”. Bu sözləri “Kəpəz”lə oyundan sonra “Neftçi”nin futbolçusu Ruslan Əmircanov deyib.
Əmircanov Premyer Liqadakı “Qarabağ” matçı ilə bağlı da danışıb: “Düzdü, səfərdə qalib gəlsək də, bu oyuna da çox ciddi yanaşırdıq. Mərhələni keçdiyimiz üçün sevinirik. İndi bu oyunu bir kənara qoyub, qarşıdakı matça hazırlaşmalıyıq. Qarşıda bizi “Qarabağ”la çətin oyun gözləyir. Rəqib hazırda ikinci pillədə bizi izləyir. Biz Quzanlıya yalnız qələbə üçün gedirik və inşallah qələbə ilə qayıdarıq”.