Klub xəbərləri
- 29.03.2012 / 0 şərh / 2220 -dəfə baxılıb
- "Neftçi"nin futbolçusu Fərid Quliyev mətbuatda gəzən şaiyələrə münasibət bildirib. Təcrübəli hücumçu klubun rəsmi saytına açıqlamasında haqqında yayılan xəbərləri təkzib edib. Fərid yazılanların klub daxilindəki ab-havanı pozmağa xidmət etdiyini söyləyib:
"Apasport.az saytı tanınmayan bir mənbəyə istinad edərək guya mənim dünənki məşqdə komanda yoldaşlarımla dalaşdığımı yazıb. Mən ölkənin idman mətbuatını mütəmadi şəkildə izləyirəm. Amma həmişə maraqla oxuduğum "Apasport.az" saytının tanınmayan sayta istinad edərək yalan məlumat yayması qərəzdən başqa bir şey deyil. Bu komanda daxilindəki mehriban abu-havanı pozmaq məqsədi güdür.
Amma bizi qısqananlara demək istəyirəm ki, "Neftçi" bir ailədir və biz bir-birimizə həm meydanda, həm də meydandan kənarda hörmətlə yanaşırıq. Inanıram ki, APA-nın rəhbərliyi bu yalan xəbərin Apasport.az saytında yerləşdirilməsini araşdırıb müvafiq tədbir görəcək".
"Neftçi" PFK bəyan edir ki, bi informasiya həqiqətə uyğun deyil və belə bir yalan informasiyanın yayılmasını təəssüflə qarşılayır.