Klub xəbərləri
- 30.03.2012 / 0 şərh / 3203 -dəfə baxılıb
- “Xəzər Lənkəran” rəhbərliyi və komanda üzvləri bir araya gəlib. “Ağ-yaşıllar” “Palmalife Lenkeran Resort” otelində şam ediblər.
Görüşün təşəbbüskarı olan klub prezidenti Mais Mənsimov hər zaman olduğu kimi, indi də rəhbərlik tərəfindən komandaya bütün lazımi dəstəyin olduğunu bildirib. Son oyunlarda göstərilən nəticələr gözləntiləri əks etdirməsə də, “Xəzər Lənkəran” prezidenti qarşıdakı görüşlərdə komandanın oyununda müsbət dəyişikliklərin olacağına inamını futbolçu və məşqçi heyətinin nəzərinə çatdırıb.
Mənsimov klub daxilində olan ümumi yüksək ab-havanı müsbət dəyərləndirdiyini və bunun komandanın yaxşı oyun sərgiləməsi üçün çox vacib amil hesab etdiyini vurğulayıb.
Komandanın üzvləri də öz növbələrində rəhbərlik tərəfindən bütün hallarda nümayiş etdirilən dəstək və inama görə Mənsimova təşəkkürlərini bildiriblər. Futbolçu heyəti və məşqçilər korpusu komandanın oyununa görə üzərlərinə düşən məsuliyyəti anladıqlarını bildirdi. Komanda üzvləri nəticələrin müsbət istiqamətdə dəyişməsi üçün tam güclə çalışmağa davam edəcəklərini klub prezidentinə söz verdilər.