Klub xəbərləri
- 30.03.2012 / 0 şərh / 2799 -dəfə baxılıb
- “Simurq”la oyunda komanda inamlı təsir bağışladı. Lakin qapımızdan buraxdığımız erkən qol uşaqlara pis təsir etdi”. Bunu “Sumqayıt” klubunun futbolçusu Ramil Həşimzadə deyib.
Premyer Liqanın XXVI turu çərçivəsində “Turan”ı qəbul edəcək debütant doğma məkanda hazırlığını davam etdirir. Zaqatala təmsilçisi ilə hesabat turundakı oyun barədə danışan gənc futbolçu ikinci hissədə yaxşı başladıqlarını bildirib: “Bu dəfə də ilk qolu rəqib vurdu. Oyun ərzində kifayət qədər qol vurmaq üçün imkan qazandıq, lakin bir dəfə fərqlənə bildik. Birinci dövrədən fərqli, fasilədən sonra komandanın müdafiə xətti inamsız oyunu ilə seçilir.
Artıq bütün komanda olaraq “uğursuzluq zolağı”ndan çıxmaq istəyirik. İnşallah, “Turan”la görüşdə qələbə qazanırıq”.