Klub xəbərləri
- 30.03.2012 / 0 şərh / 2094 -dəfə baxılıb
- “Bir turnirdən kənarlaşdıq. Amma ölkə çempionatında daha yaxşı nəticə qazanmaq şansımızı itirməmişik”. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.
Hüseynov qarşıdakı hədəflər barədə də danışıb: “Çempionluq şanslarımız qalır. Amma ikinci və üçüncü yerləri tutmaq da pis nəticə sayılmamalıdı. Vəziyyətdən çıxış yolu barədə gecə-gündüz düşünürəm. Hər şeyi bir qələbə ilə dəyişmək olar”.