Klub xəbərləri
- 31.03.2012 / 0 şərh / 2168 -dəfə baxılıb
"İnter"in bolqarıstanlı legioneri Petar Zlatinov komandasının kubokda "Xəzər Lənkəranı" mübarizədən kənarlaşdırılması və çempionatdakı oyunlarından danışıb. Petar kubokda finala yüksələcəklərindən əmin olduğunu bildirib: "Biz kubokda mərhələ keçdik və buna çox şadam. Amma bir tərəfdəndə işimiz ağırlaşır. Həm çempionat həmdə kubok da mübarizə aparmaq lazım gələcək. Mən öz gücümüzdən əminəm və inanıram ki, yenə də final oynayan tərəflərdən biri biz olacağıq. Çempionatda da hər şey öz axarı ilə gedir".