Klub xəbərləri
- 31.03.2012 / 0 şərh / 2510 -dəfə baxılıb
Aprelin 1-də doğma meydanda “İnter”i qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Komanda dünən Lənkəran şəhər stadionunun yardımçı meydançasında növbəti məşqinə çıxıb.
Salif Ballo, Akif Tağıyev, Şəhriyar Xəlilov, Zahid Quliyev və Orxan Sadıxlı əvəzedici komandanın heyətində meydana çıxdığından məşqdə iştirak etməyiblər. Məşqi 40-a yaxın azarkeşlə birlikdə klub prezidenti Mais Mənsimov və digər rəsmilər izləyib.