Klub xəbərləri
- 01.04.2012 / 0 şərh / 2100 -dəfə baxılıb
Fələstin milli komandasının Azərbaycan yığmasına qarşı keçirdiyi ilhamverici oyununun təsiri altında "İnter"in prezidenti Georgi Nikolov yeni futbol istedadlarının axtarışı məqsədilə bu ölkəyə səfərə yollanıb.
Nikolov səfəri zamanı "Əl-Blast", "Əl-Hun" və "Əl-kRoket" komandalarının bazalarına baş çəkib. İdmançı mübadiləsi sahəsində klublar arasında müqavilələr imzalanıb.
Xatırladaq ki, Fələstin “İnter”-in xarici klublarla qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaradılması sahəsində artıq üçüncü layihəsidir. İlk münasibətlər 2008-ci ildə Tonqa krallığıyla ("İnter Tonqapatu"), ikincisi isə 2009-cu ildə Əfqanıstanla("Kabul" PİK) yaradılmışdı.
"Bankirlər" çox ümidlər vəd edən layihədən artıq ilk nəticələri gözləyirlər.