Klub xəbərləri
- 02.04.2012 / 0 şərh / 1986 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 26-cı turunda “Bakı” doğma meydanda “Qəbələ”ni qəbul etdi. İlk hissədə məğlub vəziyyətə düşməsinə baxmayaraq oyunda dönüş yarada bilən paytaxt təmsilçisi əzmkar qələbə qazandı – 2:1.
Matçdan sonra hər iki komandanın baş məşqçiləri fikirlərini bölüşüblər.
Fatih Kavlak: “Oyuna əla başladıq, qol vurduq. Lakin daha sonra buraxdığımız səhvlər ucbatından məğlub olduq. Avrokuboklara düşmək üçün var gücümüzlə çalışacağıq. Mükafatçılar sırasında düşmək şansımızı saxlayırıq”.
Novruz Əzimov: “Bu gün bəxt də tərəfimizdə oldu. Lakin, bu, o demək deyil ki, qələbəyə layiq deyildik. Mövsümü 5-ci pillədən daha yuxarıda başa vurmaq istəyirik. Bunun üçün də hər növbəti görüşdə qələbə qazanmağa çalışacağıq. Fatih Kavlakın təəssüfünü bölüşürəm, son saniyələrdə məğlub olmaq həmişə çətindir”.