Klub xəbərləri
- 02.04.2012 / 0 şərh / 2050 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 26-cı turunda AZAL səfərdə “Simurq”u 2:1 hesabı ilə məğlub etdi. Oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Rafiq Mİrzəyev: “Oyun ağır keçdi. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Biz öz imkanlarımızdan faydalandıq, hər iki hissədə fərqləndik və qalib gəldik. Komandamı qələbə münasibəti ilə təbrik edirəm”.
Georgi Çixradze: “Yaxşı oyun oldu, hesabı açsaq da, üstünlüyü qoruya bilmədik. AZAL əks-hücumlardan yaxşı istifadə edir. Bərabər səviyyəli oyun oldu. Hər iki komanda qol imkanları yaratsa da, rəqibimiz bu imkanlardan daha səmərəli faydalandı”.