Klub xəbərləri
- 03.04.2012 / 0 şərh / 2114 -dəfə baxılıb
- "İnter" klubunun bəyanatı:
"Xəzər-Lənkəran" - "İnter" görüşündən sonra iki komandanın baş məşqçiləri arasında xoşagəlməz insident baş vermişdi. Əfsuslar olsun ki, bu insident gözlənilməz şəkildə Azərbaycanda fəaliyyət göstərən bəzi idman-informasiya portallarının bugünki başlıqlarında öz davamını tapdı.
Qeyd etmək istərdik ki, "İnter"in çalışdırıcısı Kaxaber Tsxadadze həmkarının ünvanına səsləndirdiyi fikirlərdə heç bir təhqiramiz ifadələr yer almamışdı, o, ancaq hakimlik barədə öz narazılığını bildirmişdi. Əlavə edək ki, "İnter" Peşəkar İdman Klubu bu gün də "Xəzər-Lənkəran" klubuna və bu klubda çalışan hər bir insana hörmətlə yanaşır. Xatırladaq ki, bu komandalar arasında Lənkəranda baş tutan ikinci dövrənin qarşılaşmasında tribunadan atılan daşın Kaxaber Tsxadadzenin başına dəyməsinə baxmayaraq, “İnter” klubu hadısəni şişirtməmiş, məşqçinin özü isə bu barədə mətbuata açıqlama verməkdən imtina etmişdi. Hesab edirik ki, indi sakitləşmək və sözügedən hadisənin ətrafında yaranmış süni ajiotajın artmasına imkan verməmək lazımdır. Onsuz da hami bilir ki, Kaxaber Tsxadadze hansı klublarda futbolçu kimi çıxış etmiş və məşqçilik karyerasında hansı uğurlara imza atmışdır. Bunu bilməyənlər isə Google və "Vikipediya"dan özlərini məlumatlandıra bilərlər.
Aralarındakı söhbətləri informasiya meydanında həll etməklə və bunu həyata keçirməklə "İnter"in, həmçinin Kaxaber Tsxadadzeni xoşlamayanlara əlavə "qida" verməyə lüzum yoxdur. Onsuz da, bundan Azərbaycan futboluna bir xeyir gələn deyil, əksinə…"