Klub xəbərləri
- 03.04.2012 / 0 şərh / 2327 -dəfə baxılıb
- "Çox gözəl oyun oldu. Layqincə mübarizə aparıb sonda qələbə qazandıq. Onların də qol vurmaq imkanları vardlı. Amma biz istifadə etdik və qələbə qazandıq".
Bu sözləri "Bakı"nın hücumçusu Uinston Parks deyib. Paytaxt klubunun 2:1 hesabı ilə qalib gəldiyi oyunda akrobatik zərbə ilə komandasının bərabərlik qoluna imza atan kosta-rikalı forvard bununla bağlı təəssüratlarını bölüşüb: "Vurduğum qola gəlincə, çox yaxşı alındı. "İnter"lə oyunda da belə qol vurmaq imkanım olmuşdu. Onda zərbəm dəqiq alınmamışdı. Bu dəfə isə top ayağamı oturdu".
Təcrübəli futbolçu "Qəbələ" ilə matçın 85-ci dəqiqəsində Luis Mario Horvatla əvəzlənib. Parksın sözlərinə görə, bu əvəzetmə onun zədəsi ilə bağlı olub: "Əvəzlənməyim əzələmin dartılması ilə bağlıdı. Əzələmdə ağırı hiss etdiyim üçün oyundan çıxmaq məcburiyyətində idim. Amma elə də ciddi deyil. İstirahət versəm, ağrılar keçəcək".
Sonda isə legioner futbolçu hər oyuna qələbə üçün çıxdıqlarını bildirib: "Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Baxmırıq bu, kubok və ya çempionat oyunudu. Avrokuboklarda mübarizə aparmaq üçün həm çempionatda həm də kubokda şanslmız qalır".