Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
04.04.2012 / 0 şərh / 2119 -dəfə baxılıb

"Böyük təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz"

“İnter” klubunun prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərarlara münasibət bildirib. Klubun rəsmi saytına danışan Nikolov İK-in qərarları ilə razılaşmadığını açıqlayıb:

"Mən oyunun mübahisəli epizodlarıyla tanış olmuşam və demək istəyirəm ki, bu anların böyük əksəriyyətinə iddiamız var. Bizdə hakimlər briqadasının işilə bağlı ciddi suallarımız yaranıb və mən İntizam Komitəsinin qərarlarıyla razı deyiləm. Axı qeyd olunur ki, hakimliklə bağlı ölçü götürülməlidir, ancaq eyni zamanda hakimin qərarları qüvvədə saxlanılır. Düşünürəm ki, İntizam Komitəsi kimin haqlı, kimin haqsız olması planında konkret qərar qəbul etməlidir.

Səmimi deyim ki, belə qərardan çox məyus olmuşam. İnanırdım ki, gec-tez klubun xeyrinə qərar qəbul olunacaq, təəssüf, bu, baş vermədi. Mən Hakimlər və İntizam Komitəsinin hakimlərini müdafiə etmək arzularını anlayıram, lakin yadda saxlamaq lazımdır ki, futbol federasiyası daha çox klublar üçün mövcuddur. Axı əgər bu klublar olmasa, federasiyanın özü də, futbol da olmayacaq. Əlavə edim ki, mən təkcə “İnter”ə olan ədalətsizliyi nəzərdə tutmuram, belə ədalətsizliklə hər turda bir çox komanda qarşılaşır. Məsələn, elə həmin “Xəzər Lənkəran”ı göstərmək olar.

Əlavə edim ki, hazırda hakimlik barədə “Neftçi” də və digər komandalar da şikayət edir. Bir sözlə, bu məsələdə bizim obyektivliyə ehtiyacımız var. Mən gənc hakimin təcrübəsizlikdən səhvə yol verməsini anlayıram, ancaq böyük daxili və xarici oyunlarda təcrübəsi olan FİFA referesi sadəcə belə səhvlərə yol verə bilməz".

Qeyd edək ki, "İnter" klubu bir gün əvvəl hakimliklə bağlı AFFA-ya şikayət etmişdi.

 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.