Klub xəbərləri
- 04.04.2012 / 0 şərh / 1997 -dəfə baxılıb
“Bakı” klubunun sabiq baş məşqçisi Aleksandr Starkovun Latviya mətbuatına müsahibəsi
- “Bakı” klubundan istefanız nə ilə bağlı idi?
- Baş məşqçi postundan istefa ilə bağlı qərarı özüm verdim. Bu, mənim qərarım idi.
- Bəs buna səbəb nə oldu?
- Aydın idi ki, klubun sahibləri tam başqa nəticə gözləyirdi. Onlar komandaya və infrastruktura böyük pullar xərcləyib. Səviyyəli futbolçuların yetişməsi üçün hər cür şərait yaradıb.
- Onda problem nə idi?
- Klub rəhbərliyi dərhal böyük nəticələrin qazanılmasını istəyirdi. Amma müxtəlif səbəblərdən bu baş vermədi.
- Buna nə mane oldu?
- Səbəblər müxtəlif idi. Komandada çox sayda yeni oyunçular var idi ki, onlara da uyğunlaşma çatmırdı. Hər şey göründüyü qədər sadə deyildi.
- Belə vəziyyətdə işləmək də çətindir...
- Üstəlik, azarkeşlər və mətbuat tərəfdən, həmçinin rəhbərlikdən mənə təzyiqlər başladı. Bu vəziyyətdən çıxış yolu kimi istefa verməyi gördüm.
- Uğursuzluq nə ilə bağlı idi?
- Hesab edirəm ki, hər şeyi düzgün və peşəkar səviyyədə görürdüm. Düzgün hesab etdiyim kimi edirdim. Lakin bu, artıq arxada qalıb. Həyatımda və karyeramda yeni mərhələyə qədəm qoyuram.