Proyekt barədə | Reklam | Əlagə
Qeydiyyat
İstifadəçilər üçün giriş
Русская версия WAP RSS
Bağla



- Fanklubda qeydiyyat                       - Забыли пароль?
Klub xəbərləri
05.04.2012 / 0 şərh / 2157 -dəfə baxılıb

Ponomaryov AZAL-da?

Bir neçə gün öncə baş məşqçi Rafiq Mirzəyevi və bütün köməkçilərini istefaya göndərən AZAL hələ də seçimini etməyib. Məşqləri əvəzedici heyətin çalışdırıcısı Mais Əzimov keçsə də, yeni təyinatın tezliklə reallaşacağı sirr deyil.

Dünən isə İqor Ponomaryovun AZAL-ın baş məşqçi postuna gətiriləcəyi haqda xəbər yayıldı. "Neftçi"nin veteran futbolçusunun Bakıya gəlməsini eşidən bəzi həmkarlarımız onun məhz "təyyarəçilər"i çalışdıracağını ehtimal edib.

Ancaq vaxtilə milli komandamızda, eləcə də "Qarabağ" və "Xəzər Lənkəran"da işləmiş Ponomaryov xəbərləri təkzib edib: "Mən AZAL-ın baş məşqçisi təyin olunmamışam. Bakıya səfərim şəxsi işlərimlə bağlıdı".

Uzun illərdi İsveçdə yaşayan 52 yaşlı olimpiya çempionumuz növbəti dəfə Bakıya gəlib. Elə gəlişi ilə də AZAL-a baş məşqçi "təyin edilib". Haqqında yayılan xəbərləri təəccüblə qarşılayan Ponomaryov təyinatının həqiqət olmadığını bildirir: "Mən bura yaxınlarımı, anamı görməyə gəlmişəm. Hər halda, Azərbaycan mənim doğulduğum məkandı və vətənimə baş çəkməyim normal şeydi. Əlbəttə, burada işləmək istərdim və bunu bir neçə dəfə bildirmişəm. Yenidən Azərbaycanda işləmək mənim üçün xoş olardı. Ancaq hazırda belə bir şey yoxdu. Mənim özümə də belə vəziyyətin yaranmağı xoş deyil. Belə ki, hər dəfə Bakıya gələndə hansısa baş məşqçini qovub, məni onun yerinə "təyin edirlər". Bunadək adım "Abşeron"da, "Sumqayıt"da hallandırıldı. Ancaq göründüyü kimi, bu, real olmadı. Mənim AZAL-ın rəhbərliyi ilə danışığım, görüşüm olmayıb. Bura onların dəvəti ilə də gəlməmişəm. Ümumiyyətlə, hesab edirəm ki, AZAL Rafiq Mirzəyevdən imtina etməklə düzgün addım atmadı. Adam normal işləyirdi, çalışırdı. Ona vaxt vermək lazım idi. Amma bunu etmədilər. Ümumiyyətlə, Azərbaycan klubları anlaşılmaz qərarlar qəbul edirlər. Əcnəbi baş məşqçi gətirirlər, onun üçün hər cür şərait yaradırlar, vaxt verirlər. Amma eyni şeyləri azərbaycanlı mütəxəssislərə münasibətdə görmək olmur".

AZAL da Ponomaryovun təyinatını təkzib edib. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov bildirib ki, hazırda əsas komandanı Mais Əzimov çalışdırır.
 
Müəllif: Azerifootball.com     Çap et Geri Yuxarı
Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto

Şərhlər [ Bütün şərhlərə baxmaq ]

Turnir cədvəli

KlubOH
1Simurq1427
2AZAL1326
3İnter1423
4Simurq1419
5Bakı1415
6Qəbələ1413
7AZAL1413
8Rəvan1413
9-00
10-00
Bütün cədvəl

Səsvermə


Müsahibə

25.06.2012 Rəşad Abdullayev: Komandaya yeni nəfəs gətirdiyimi hiss etdirmək istəyirəm (Müsahibə) (0)
R.Abdullayev “Qəbələ FK” qəzetinə müsahibəsində kluba keçidi, yeni komandasında hədəfi və bir çox başqa məqamlardan danışdı. 
16.06.2012 Fabio Luis Ramim AZAL-dan təklif gözləyir və millimizdəki karyerasını bitmiş sayır (Müsahibə) (0)
Milli komandamızın və “Bakı”nın sabiq futbolçusu Fabio Luis Ramim müsahibə verib. 

Ən çox oxunanlar

Ən cox şərh olunanlar


Oyun cədvəli

14

21.01.2021
16:00
Səbail
Neftçi
1
3
16:00
FC Zire
Qəbələ
2
0
18:00
Sabah
Qarabağ
1
2
22.01.2021
16:00
Keşlə
Sumqayıt
0
1



Açar sözlər


 

© 1999-2014 Azerifootball
info@azerifootball.com

Saytın yaradılması və dəstək: ExtraWeb

Proyekt haqqında Reklam Əlaqə

Saytdakı materiallardan istifadə edilərkən www.azerifootball.com link şəklində istinad mütləqdir
www.azerifootball.com saytı reklam materiallara və banerlərə görə məsuliyyət daşımır.