Klub xəbərləri
- 06.04.2012 / 0 şərh / 2079 -dəfə baxılıb
- "İnter"lə oyun çox çətin olacaq. Rəqibimiz heç şübhəsiz, cari mövsüm ən böyük sürprizə imza atmış komandadır. Olduqca mobil təsir bağışlayırlar".
Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifov deyib. "İnter"lə qarşıdakı oyundan danışan futbolçu fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Bu heyətlə çempionluğa oynayacaqlarını yayda heç kim gözləmirdi. Amma göründüyü kimi Kaxaber Tsxadadzenin yetirmələri çoxlarına baş ağrısı oldu. Düzdü, son zamanlar elə də qənaətbəxş çıxış etmirlər. İndi vəziyyəti düzəltmək üçün daha çox çalışacaqlar. Bu, bizim əleyhimizə ola bilər. Ona görə də oyuna maksimum köklənməliyik.
Biz də uzun müddətdir məğlub olmuruq. Bu haqda düşünmürük də. Amma futbolda hər şey olur. Meydana qələbə üçün çıxacağıq. Amma məlumdur ki, "İnter" evdə qələbə qazanmaq üçün hər şey edəcək. Olduqca gərgin bir oyun bizi gözləyir".