Klub xəbərləri
- 06.04.2012 / 0 şərh / 2233 -dəfə baxılıb
- AZAL-ın yeni baş məşqçisinin adı müəyyənləşib. Vaqif Sadıqov “təyyarəçilər”in yeni çalışdırıcısı təyin olunub. Təyinat bu gün keçirilən klubdaxili iclasda reallaşıb. 2 illik müqavilə bağlayan Sadıqov komandanı ilk məşqə çıxarıb. Onun köməkçisi Şakir Qəribovdur.
Qeyd edək ki, son olaraq “Anji”də çalışan Sadıqov ölkə daxilində sonuncu komandası olan “Neftçi”də də Qəribov köməkçisi olub.