Klub xəbərləri
- 06.04.2012 / 0 şərh / 2128 -dəfə baxılıb
- Premyer Liqanın XXVII turu çərçivəsində “İnter”lə oyunun hazırlıqlarını davam etdirən “Qarabağ”a komandanın vitse-prezidenti Tahir Gözəl dəstək olub. “Şəfa” stadionunda məşqdən öncə soyunub-geyinmə otağına gələn klub rəsmisi futbolçularla bir-bir görüşüb, onlarla qısaca söhbət edib.
Futbolçularla hal-əhval tutan Gözəl “İnter”lə oyunöncəsi komandaya mənəvi dəstək olduğunu nümayiş etdirib. Ardınca o, məşqi də izləyib.
Qeyd edək ki, “İnter” – “Qarabağ” oyunu sabah 16:00-da Şəfa stadionunda keçiriləcək.