Klub xəbərləri
- 08.04.2012 / 0 şərh / 2228 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 27-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə qarşılaşdı. Rəqibini minimal hesabla məğlub edən cənub təmsilçisi turnir cədvəlində ikinci pilləyə yüksəldi – 1:0. Oyundan sonra baş məşqçilər öz fikirlərini bölüşüblər.
Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Ağır oyun olacağını bilirdik. Altılıqda asan oyun olmur. “Qəbələ” final mərhələsində çox yaxşı oyun göstərən komandalardan biridir. Qalib gəlməyimizə baxmayaraq komandanın oyunundan razı qalmadım. Futbolçuların fiziki hazırlığı, hələ ki, istənilən səviyyədə deyil. Qol vurandan sonra komanda müdafiədə oynadı”.
Fatih Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Bəzən belə oyunlar da olur. Bir çox qol imkanlarımız olsa da qol vura bilmədik. Altılıq oyunları çox ağır keçir, lakin, bu, Azərbaycan futbolunun xeyrinədir. Erkən qol buraxmağımız oyunumuza təsir etdi”.