Klub xəbərləri
- 08.04.2012 / 0 şərh / 2077 -dəfə baxılıb
- Unibank Premyer Liqasının 27-ci turunda “Turan” “Kəpəz”i qəbul etdi. Rəqibini 2:0 hesabı ilə məğlub edən Tovuz təmsilçisi “qərb derbi”sinin qalibi oldu – 2:0. Matçdan sonra baş məşqçilər media önünə çıxıblar.
Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Oyuna yaxşı hazırlaşmışdıq. Erkən qol buraxmağımız komandanı ruhdan saldı. İkinci hissədə isə komanda özünə gələ bilmədi”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “İlk hissədə hücum futbolu oynadıq. Fasilədən sonra isə müdafiəyə çəkildik. Rəqibimiz ikinci hissədə çox yaxşı oynadı, bir neçə qol imkanından istifadə edə bilmədi. Bizim üçün üç xalı qazanmaq vacib idi”.